Hər gün qazandıqları müvəfəqiyyətləri və sərvətləri ilə bizi təəccübləndirən şəxslər, adi bir gündən daha çox məhsuldarlıq əldə etmək üçün əllərindən gələni edirlər. Onların ən böyük ortaq xüsusiyyəti, həyatlarında müəyyən bir nizam qurmuş olmasındadır. Sabitdirlər və gündəlik işlərini heç vaxt təxirə salmırlar, edilməsi lazım olan hər şeyi gün içində vaxtında edirlər.

Yuxu isə onlar üçün sadəcə şərti əhəmiyyət daşıyır.

1) Mark Zükerberq (Facebook)

Mark Zükerberq heç vaxt saat 8-dən sonra yatmır. Və oyandıqdan sonra etdiyi ilk şey təxmin etmək çətin deyil ki, Facebook və dünyanın gündəliyinə nəzər salmaqdır. Ancaq dediyinə görə gündəmin sıxlığından asılı olmaqla yanaşı – buna sadəcə bir neçə dəqiqə ayırır. Ardınca sıra gündəlik məşqə gəlir. Zükerberq, həftədə 3 gün idman etdiyini və bu hərəkətin özünü fiziki və mənəvi cəhətdən yaxşı hiss etməsinə səbəb olduğunu deyir. Həftədə 60 saat işləyərək keçirir və yuxu rejimini heç vaxt dəyişmədiyi üçün qalan vaxtını ailəsinə, kitab oxumağa və yeni yerlər kəşf edərək özünü mədəni zənginləşdirməyə çalışdığını da söyləyir.

2) Elon Mask (Tesla, SpaceX)

Gündə ən çox 6 saat yatan Elon Maskın günü isə səhər 7 –də başlayır. Naharla çox vaxt itirmədiyini deyən Mask da səhər məşqlərini təxirə salmır. Müvəffəqiyyətin çox işləməkdən keçdiyinin sanki canlı nümunəsi olan Elon Mask günün 10 saatını işə sərf edir. Və günün mütləq 1-2 saatını kitab oxumağa ayırır.

3) Riçard Brenson (Virgin Group)

Günün ilk işıqlarıyla oyana bilmək üçün pərdəsini açıq saxlayan Branson, uşaqlıqda saat 5-də oyandığını deyir. Günü məşqlə başlayır və hər gün fərqli bir idman növü ilə məşğul olmağı dayandırmadığını söyləyir. Onun üçün idman – fiziki və zehni inkişaf üçün vacibdir. Səhər yeməyini nə qədər zamanda etdiyini bilmirik amma bol vitaminli qidalandığı dəqiqdir. Günə ailəsiylə zaman keçirərək başladığı üçün özünü xoşbəxt hiss edərək işə
başladığını deyir. Eyni zamanda heç vaxt yanından ayırmadığı bir
dəftərçəsi də var. Gün içində başından keçən hadisələri və ağlına gələn fikirləri, eyni zamanda müşahidələrini qeyd etdiyini deyir.

4) Cek Dorsi (Twitter)

Jack Dorsey, günə olduqca erkən başlayan başqa bir addır. O da sabah 5-də qalxır ancaq onu Riçard Brensondan ayıran gecə rejiminin fərqi isə onun tamamilə pərdələri bağlayıb qaranlıq bir mühitdə yatmağı seçməyidir. Səhər oyandıqdan sonra ilk 30 dəqiqəsini günlük məşqlərinə ayıran Dorsi, hər gün meditasiya ilə məşğul olur. Sonra isə özünü işə verir və günlük rejiminə sadiq qalmağa diqqət göstərir.

5) Bil Qeyts (Microsoft)

Gündə mütləq 7 saat yatan Bil Qeytsin səhər oyandıqda ilk işi qəzet başlıqlarına baxmaq olur. Sonra idmanına laqeyd yanaşmır və hər gün 1 saat qaçış yolu ilə qaçır. Əvvəlcədən hər şeyi etməyi planlaşdıran Geyts, 5 dəqiqəlik fasilələr verdiyini qeyd edirdi. Gün ərzində qeyd dəftərçəsini heç vaxt yanından ayırmadığını deyir. Gününün müəyyən hissəsini kitab oxumağa ayıran Bill Qeyts, əsla ailəsinə laqeyd yanaşmır. Boş vaxtının qalan hissəsini tək keçirir və yeni yerləri araşdırır.

6) Cef Bezos (Amazon)

Mütləq gün ərzində 8 saat yatır. Hətta 8 saat yatmağı intizam halına gətirən Cef Bezos, ofisində yuxu çantası saxlayır. Səhər məşq etdikdən sonra – bəzən hətta idmanla da məşğul olarkən də dünyanın gündəminə baxmağı unutmur. Həftədə iki gün yalnız iş üçündür. Digər günlər, vaxtının çox hissəsini ofisdə keçirməkdən
daha çox yaradıcı məkanda olmağı üstünlük verdiyini söyləyir.

Rəy yaz

Rəyinizi yazın
Adınızı daxil edin