1996-cı ildə Moskvada tanış olduğu türk bəylə evlənən çinli Ying Sarı, KOSGEB-dən əldə etdiyi 50 min lirə dəstək ilə günəş enerjisi panelləri istehsal edir.

Türkiyəyə köçəndən sonra işləmək üçün fərqli təşəbbüskarlıqlar edib, amma özünə uyğun iş tapa bilmədiyinə görə bu xəyalını gərçəkləşdirə bilməyib.

Ying Sarı 1 il əvvəl KOSGEB-in startap kursunu uğurla tamamlayıb sertifikat əldə etdi, sonradan yoldaşıyla KOSGEB-ə baş vurur və 50 min lirəylə öz işini qurur.

Hər gün həyat yoldaşıyla iş yerinə gəlir və günəş enerjisini elektrik enerjisinə çevirən sistemi montaj etdiyini və hədəflərinin işlərini böyütmək olduğunu qeyd edən Ying yeni işçi qəbul etmək istədiklərini də vurğulayır.

Yingin qadın təşəbbüskarlara çox yaxşı nümunə olduğunu da qeyd etsək heç yaşamadığı mühitə tez uyğunlaşaraq bazarın zəif tərəflərini müəyyən edib və enerji qıtlığına öz töhfəsini verir.

Biz də öz növbəmizdə Ying Sarıya uğurlar arzu edir, necə deyərlər “sağ əli bizim qadın startapçıların başına” deyirik!

 

Nəzrin Quluzadə

Rəy yaz

Rəyinizi yazın
Adınızı daxil edin