Ötən həftə qısa video platforması TikTok “Family Safety Mode” funksiyasını təqdim edib. Funksiya vasitəsiylə valideynlər gəncin nələr etdiyinə və platformada nə qədər vaxt keçirdiyinə nəzarət edə bilər. İlkin olaraq funksiya bəzi Avropa ölkələrində yayımlanıb və növbəti ərazilər Birləşmiş Ştatlardır.
Valideynlər yeni funksiya ilə 40, 60 və 90 dəqiqəlik istifadə limiti təyin edə, gələn mesajları birbaşa bağlaya və kontenti istəklərinə uyğun təyin edə bilərlər.
Qeyd edək ki, tətbiqin 60% istifadəçisi 16-24 yaş arası gənclərdir.

Tariyel Ağazadə 

Rəy yaz

Rəyinizi yazın
Adınızı daxil edin