Nə vaxtsa TikTok’da reklam vermək barəsində düşünmüsünüz? Hər gün Facebook, Instagram və digər platformalarda həm reklam veririk, həm də bloqerlərlə işləyirik ancaq TikTok ölkəmizdə kifayət qədər məşhur olsa da orada reklam yerləşdirmək elə də populyar deyil. Ancaq Rusiya kimi böyük reklam bazarlarında artıq sırf TikTok platforması üzərində ixtisaslaşan reklam agentlikləri belə formalaşıb.
Bu gün sizə TikTok’da reklam vermək istədiyiniz zaman ən effektiv reklam növlərindən yazacam.
Əvvəlcədən onu deyim ki, TikTok’da reklam digər platformalardan ən azı 2-4 dəfə sərfəlidir.
TikTok’da əsas və ən effektiv üç reklam növü var:
Hashtag Challenge
•Bloqerlərlə (TikTok’erlərlə) reklam
•Tarqet olunmuş reklam
Hashtag Challenge deyərdim ki, TikTok’da olan ən məşhur reklam növlərindən biridir. Siz həmin reklamı iki cür edə bilərsiniz: “challenge” yaradaraq həmin hashtag’in ana sahifələrdə çıxması üçün TikTok’a pul ödəyə yaxud “challenge” yaratdıqdan sonra böyük agentliklə iş birliyinə keçərək onların gücü ilə yaymaq (həmçinin sizə uyğun “challenge”lər yaratmaqda da kömək edə bilərlər). İkinci versiya daha effektiv və məşhurdu.
Tutaq ki, siz “challenge” etmək qərarına gəldiniz. Onda sizə nələr lazımdı?
Viral (virus kimi yayılan) “challenge” yaratmaq üçün sizə lazım olan bir neçə kompanent var. Onlardan ən əsası düzgün mexanizmin qurulmasıdır. Mexanizm, TikTok’erin video çəkdiyi zaman elədiyi hərəkdə tutmuş oynadığı rəqsə qədər hər şey deməkdir. Bir sözlə adam kamera qarşısında nə edəcək onu detallarına kimi fikirləşməlisiniz. İkinci lazım olacaq şey düzgün musiqi parçasını seçməkdir. Elə bir musiqi seçməlisiniz ki, həm məhsula uyğun olsun, həm də necə deyərlər “sümüyə düşsün” ki, hər kəs o mahnını oynamaq və video çəkmək istəsin. Sonuncu və əsaslardan biri də təqribən 20-40 nəfər bloqerin düzgün seçilməsidir. Sizin məhsulunuzu daha yaxşı təqdim edə biləcək TikTok’eri seçin ki, həm siz, həm də özü işindən razı qalsın.
TikTok’erlərə reklamın verilməsi bildiyimiz “Influencer marketing”dir. Sizin məhsulunuza ən uyğun kütləyə malik bloqerləri seçirsiniz və videoda həmin məhsul haqqında danışmağı yaxud videoda məhsulu necəsə “görünmədən”, “insanları narahat etmədən” göstərməyini istəyirsiniz. Bura veriləcək reklamlar cavan nəslə fokuslanmış olsa daha effektiv olur ancaq son müşahidələr göstərir ki, TikTok istifadəçiləri hər gün daha da yaşlaşır və yalnız “uşaq-muşaq”dan ibarət deyil. Yaşayaq görək. Mən bu platformaya çox inanıram.
Tarqet olunmuş reklam da bizə yad deyil çünki hər gün bu işi ənənəvi platformalarda edirik. Facebook və Instagram’da olduğu kimi TikTok’da da hədəf kütləmizi seçərək reklam verə bilirik və hətta burada verilən reklamlar bayaq vurğuladığım platformalardan 2-4 dəfə ucuz başa gəlir. Konkret qiymət deyə bilmirəm ona görə ki, hər şey seçilən hədəf kütləsindən, videonun uzunluğundan və digər onlarla amillərdən asılıdır. Hətta sizə təklif edərdim ki, burada brendiniz üçün az büdcəli olsa da reklam verin və oradan gələn müştəri sayını dəyərləndirin.
Əsl “Growth Hacker” yalnız bir platforma üzərinə fokuslanmır, dəyişən trendlərə uyğun olaraq onlayn marketinq kanallarını tez-tez dəyişir və sınayır. Yalnız “email marketing” yaxud “RTB” etməklə nə digital marketinq olur nə də “Growth Hacker”lik. TikTok kimi yeni və “əl dəyilməmiş” platformalar marketerlər və brendlər üçün çox gözəl imkanlar yarada bilər.
Tariyel Ağazadə

Rəy yaz

Rəyinizi yazın
Adınızı daxil edin