Ətrafımızda hər zaman elektrik var. O bizim həyatımızı daha asan, daha təhlükəsiz və daha əyləncəli edir. Müasir dünyamızın təməli olan şey bizi öldürə bilərmi?

Çox dərinə getmədən, əvvəlcə elektrikin nə olduğunu və bizə necə təsir etdiyini anlamağa çalışaq. Elektrik, elektrik yükünün yer dəyişməsidir. Bu yerdəyişmə fəzada yayılan və enerji daşıyan, elektrik və maqnit dalğası əmələ gətirir. Buna “Elektromaqnit Radiasiya” deyilir.

Normalda radiasiya sözü insanları qorxudur amma radiasiya sözünün mənası yayan deməkdir, evinizdəki radiatorun infraqırmızı radiasiya formasında, istilik yaydığı kimi. Elektromaqnit spektorunun müxtəlif hissələri, müxtəlif radiasiya növlərinə cavab verir. Bunların bir çoxu tamamilə zərərsizdir. Bəziləri isə zərərli ola bilər. Ultrabənövşəyi, rentgen və qamma şüaları kimi çox qısa dalğa uzunluqlu radiasiya elektronları, yanıqlara və genetik zərərlərə səbəb ola bilər.

Spektorun qalanı, Görünən işıq, İnfraqırmızı, Mikrodalğalardan Radio dalğalara qədər uzanan daha uzun dalğaları əhatə edir. Bu insan texnologiyasının hər cür yaydığı radiasiya növüdür. Mobil telefonlar, Wi-Fi qurğular, eləktrik güc xəttləri və məişət texnologiyaları. Bu cihazların radiasiyası bədənimizdəki molekulları pozmur.

Ancaq bəzi radiasiya növləri, əzələ və sinirləri stimullaşdırır və bədəninizdəki tükləri titrədə bilər.

Mikrodalğalar yeməyimizdəki su molekullarına təzyiq edir, bu isə onu isidir. Bu hər zaman baş verir. Məsələn, çimərlikdə hiss etdiyimiz xoş istilik. Biz təbii və zərərsiz elektromaqnit radiasiya mənbələri ilə əhatə olunmuşuq.

Ancaq Sənaye İnqilabından bəri, yaxın ətrafımıza bir çox elektromaqnit radiasiya mənbələri daxil etdik. Bunun həqiqətən də, təhlükəli olub olmadığı sualı, 1979-cu ildə bir araşdırmada, leykoz xəstəliyinin elektrik xəttləri ilə əlaqəli olduğu deyiləndə yaranmışdı. Bu araşdırma hələ də, etibarsızdır. Araşdırmada əlaqəni, sübut etmək olmadı və bir başa səbəbiyyət təsdiq edilmədi. Ancaq bu idea, ilk dəfə dəfə təklif ediləndən bu günə hələ də davam edir.

Bir çox insan, cihazlardan və mobil telefonlardan gələn radiasiyalara qarşı həssas olduğunu iddia edir. Onlar başağrısı, ürək bulanması, dəri reaksiyaları, göz qızartısı və ya halsızlıq kimi əlamətləri iddia edirlər.

Bir neçə tətqiqat narahat edici nəticələr tapdı. Bu insanlar, telefonlarını işlədərkən, istifadə etdikləri beyin bölgəsi və beyin şişlərinin təzahürü arasındakı mümkün əlaqələr kimi.

Elmin cavab verməyə çalışdığı sual, şüalanmanın kəskin təsirləri haqqında deyil. Biz bilirik, məsələn, rentgen dalğaları hüceyrələrimizdəki DNT-yə zərərə səbəb olur ancaq eynisi radio dalğalarla baş vermir.

Əsl sual budur:

Uzun vaxtlı, daima istifadə etdiyimiz cihazlar, zəif bir elektromaqnit radiasiya növüdürmü?

Bu sualı cavablamaq, daha çətindir. Minlərcə qaynaq, hesabat və fərqli təşkilatlardan, açıqlamalar var. Elektromaqnit radiasiya ilə bağlı təlaş yaradan çox saylı araşdırmanın bir çoxu, son dərəcə ziddiyətlidir.

Məsələn, mobil telefon radiasiyasından siçanda xərçəng axtaran bir araşdırma var və nəticələr bir bağlantı göstərir. Amma bir səbəbdən, bütün siçanlarda deyil, sadecə erkək siçanlarda görülür. Amma medialar bunu sanki telefon xərçəng yaradırmış kimi başlıqlarla paylaşır.

Təəssüfki bu araşdırmalardan, həm mənfi, həm də, müsbət nəticələr çıxarmaq olar. Başqa bir bucaqdan ÜST ( Ümumdünya Səhiyyə Təşkilatı ) radio dalğaları kanserogen olaraq sinifləndirdi. Ancaq bunun mənası, xərçəngə aid bəzi ipuclarının olduğunu, ancaq bunu sübut edə bilməyəcəyimiz deməkdir.

Yəni son nəticə olaraq demək olar ki, elektromaqnit dalğalarının, sağlamlıq problemlərinə yol açacağına dair sübut yoxdur.

Bu qədər araşdırmalara əsasən, ətrafımızdakı, telefon və kompüterlərdən çıxar radiasiyadan narahat olmalıyıq?

Cavab: xeyr

Bəs, elektronik cihazların zərərli olduğunu deyənlərə nə olacaq?

Araşdırmalar, bunun insanda Nosebo effekti adlanan psixoloji bir fəaliyyət olduğunu göstərir. Əgər başınız ağrıyırsa və komputeri söndürdükdə daha yaxşı hiss etməyə başlayırsınızsa , bu ikisi arasında əlaqə olduğu

nu düşünürsünüz. Bu Nosebo effektidir. Nosebo effekti, xəstələnməkdən qorxan, sağlamlığında nəsə problemin olduğunu tez-tez düşünən insanlarda obyektiv səbəb olmadan belə xəstələnməsidir.
Xəyal Məmmədəliyev

Rəy yaz

Rəyinizi yazın
Adınızı daxil edin