WC0KH4 Los Angeles, California, USA - 21 Jule 2019: Illustrative Editorial of TEAMVIEWER.COM website homepage. TEAM VIEWER logo visible on display screen.

Alman şirkəti TeamViewer Koronavirusla bağlı son günlərdə məhsuluna tələbatın qəfil artdığını bildirib. Şirkət proqnoz edir ki, tələbat yaxın günlərdə 3 dəfəyədək artacaq və artmağa davam edəcək. TeamViewer “istədiyiniz zaman, hər yerdə” bir xidmət təqdim edən və istənilən yerdən işlərin onlayn aparılmasına yardım edən şirkətdir. Son günlərdə Koronavirusla bağlı Çində proqrama təlabat birə-beş artıb.

“Evdə işləyən seçimlərə daha çox tələbatımız var” deyə şirkətin baş direktoru Oliver Steil TeamViewer-in güclü dördüncü rüb nəticələri açıqladıqdan sonra jurnalistlərə bildirib.

TeamViewer buna kimi 2 milyard cihaza quraşdırılıb və hər gün 45 milyon cihazda real vaxt rejimində istifadə olunur.

Tariyel Ağazadə

Rəy yaz

Rəyinizi yazın
Adınızı daxil edin