Estoniyanın ən böyük və dünyanın ən böyük taksi/yemək çatdırılma startaplarından biri olan Bolt, öz yemək çatdırılma xidməti Bolt Food ilə Azərbaycan bazarına daxil olmağa hazırlaşır.

Belə ki, Bolt Food tətbiqi Azərbaycan regionu üçün nəzərdə tutulmuş AppStore’da artıq mövcuddur və hər kəs tətbiqi yükləyə bilər.

Siz hətta öz yerli nömrənizlə qeydiyyatdan keçə bilərsiniz. Qeydiyyatı təstiq etmək üçün Bolt’dan sms belə alacaqsın. Tətbiq tam fəaliyyətə başlamadığından daxilində restoranları hələki görə bilməyəcəksiniz. Bütün bu prosessi özümüz sınadıq və ss şəklində sizlərə təqdim edirik.

Bir maraqlı məlumatı da bildirək ki, şirkətin CEO’su Markus Villig öz rəsmi Linkedin hesabında şirkətinin karantin davam etdiyi bir dövrdə hər həftə 6 yeni şəhərdə Bolt Food xidmətlərini istifadəyə verdiklərini bildirillər. Əvvəl bu sürət hər ay 1 şəhər idi.

Bu mövzunu davam etdirəcəyik və startapın ölkəmizdəki bütün addımlarından sizi xəbərdar edəcəyik.

 

Tariyel Ağazadə

Rəy yaz

Rəyinizi yazın
Adınızı daxil edin