Yerli startapımız olan SUMAKS nəfəs cihazından sonra daha iki cihaz, Koronavirusla mübarizədə olan həkimlər üçün maska və qapıda istifadə olunan xüsusi cihaz.

 

Şirkətin CEO’su Cavid Məmmədov bildirib ki:

“Məlumat vermək istərdik ki, süni tənəffüs aparatımızla bağlı işlərmiz sürətlə davam edir. Yaxın günlərdə cihazdakı yeniliklərlə bağlı sizləri məlumatlandıracağıq. Təbii ki, boş dayanmayıb faydalı olduğunu düşündüyümüz başqa işlər də görürük. Bunlardan biri həkimlərimizi qorumaq məqsədi ilə hazırlanmış olan və bu gün dünyanın bir çox ölkəsində də istifadə edilən üz maskalarıdır. Üz maskalarının bu gün artıq ilk nümunələri hazır oldu və istehsala tam hazırdır. Artıq günə 100-200 civarında bu maskalardan istehsal edə biləcək gücdəyik. Yaxın günlərdə bunun kütləvi şəkildə hazırlanaraq xəstəxanalara paylanmasını həyata keçirməyi planlaşdırırıq. İkinci qurğumuz isə qapıda bərkidilən xüsusi detaldır ki, bunun vasitəsi ilə insanların əllə qapını açmaq əvəzinə bunu qolları ilə etməklərinə imkan yaradır. İnsanların hazırki günlərdə tez-tez gedib gəldiyi yerlərdə (xəstəxanalarda, apteklərdə, mağazalarda və s.) qapıları əllə açmamaqları üçün bu kiçik qurğunun da quraşdırılması məqsədəuyğundur. Qəbul edirik ki, təqdim etdiyimiz bu qurğular çox bəsitdir, ancaq bu sadə qurğuların insanların sağlamlığına çox-çox kömək olacağına inanırıq. Hər kəsə səbir və sağlamlıq arzulayırıq!”

Yerli startapımızın bu işlərlə məşqul olması və ard-arda bu cür təqdimtaları etməsi sadəcə qürurvericidir.

Rəy yaz

Rəyinizi yazın
Adınızı daxil edin