Bir startapın uğurlu olmasına şərait yardan bir neçə səbəblər var. Onun yaxşı maliyyəşməsi, bazarda ona olan tələbat, məhsulun yaxşı hazırlanması və.s, amma əsas səbəblərindən biri düzgün komandanın qurulması, xüsusiylə düzgün həmtəsisçinin (co-founder) seçilməsi birinci ən vacib addımdır. 23% startapın uğursuz olmaqlarında əsas səbəb düzgün komandanın olmaması və yeri gələndə heç bir töhfə verməmələri olub.
Komandada 1 yox, 2 nəfər həmtəsisçi demək daha çox kapital, 2-3 dəfədən daha çox müştəri və böyümə deməkdir. Əlbəttə düzgün həmtəsisçinin tapmaq çətindir. Çoxlu resurslar var ki, ondan istifadə etməklə biznesi idarə etmək üçün vacib bacarıqları olan birini tapa bilərik. Gəlin öz işyoldaşımızı harada, necə tapmağın yollarına baxaq:
Startaplar o vaxt daha müvəffəqiyyətli olurlar ki, onların bir-biriylə tarazlaşan həmtəsisçisi var. Çoxları özlərinə “founder” axtaranda onun bacarıqlarına fokuslanıb, özləri kimi olub-olmadığına fikir vermirlər. Ümumi olaraq startaplar qabiliyyətlərin birləşməsi olmalıdır. Məsələn, bir founder texnologiya yönümlü olanda, digəri mütləq startapı idarə etmək üçün bazar yönümlü olmalıdır. Ya da hər ikisi auditoriyada danışmaqdan qorxursa bu da mümkünsüzdür, çünki onların investor, akselerator qarşısında “pitch”ləri, müştərilərlə danışığı olacaq. Əgər bir founder utancaqdırsa, digəri mütləq mikrofon qarşısında özgüvənli olmalıdır.
Bundan əlavə bir neçə saytlar var ki, sahibkarlar ordan istifadə edib özlərinə uyğun, onları tamamlayan founder tapa bilirlər. Bir neçəsini sizinlə bölüşürəm.
1) FounderDating – bundan istifadə etməklə siz özünüzə uyğun biznes əməkdaşları yaxud mentorları tapa bilərsiniz. İstifadəçilərin hər birinin LinkedIN hesabı var.
2) Founder2be-bir platformadır, burda “co-founder”lardan tutmuş, dizaynerlər, marketoloqlara qədər siz hər kəslə əlaqələ qura bilərsiniz. İstifadəçilər onların startaplarını qurub, hətta birinci müştərilərini əldə edə bilərlər.
3) Younoodle-startaplar kimki fərqli yanaşmaq istəyirlər, “co-founder”ları, “adviser”ları, “sahibkarları əlaqələndirməklə yarışmaladan istifadı edən tək platformadır. Akkselerator və korporasiyalar saytdan istifadə etməklə investisiya qoya və siz də axtardığınız əməkdaşı tapa bilərsiniz.
Və sonda sizinlə bir faktı bölüşmək istəyirəm, deməli startapların 39%-nin 1 təsisçisi, 40%-nin 2, 19%-nin 3, 4%-nin isə 4 təsisçisi var.
Fərqi yoxdur siz kimi seçdiniz əsas bilməli olduğunuz bu şəxslə işləyəcəksiniz və təkcə bilik-bacarıq yaxud netvork sizin startapınızı ayaqda saxlamayacaq, qərarınıza uyğun inanıb o şəxslə addımlayın. İndi isə siz bu informasiyadan istifadə edib özünüz üçün ən əla olan təsisçini tapın!

Rəy yaz

Rəyinizi yazın
Adınızı daxil edin