Bu məqaləmizdə biznes dünyasının olmazsa-olmazı rəqiblərdən və rəqabətdən danışacağıq. Bəs rəqabət nədir? Rəqabətə şirkətlərin eyni məhsulu satıb, eyni hədəf kütləsinə malik olub, öz gəlirlərini artırmaq, bazar payı əldə etmək üçün öz aralarında etdiyi yarışma deyə bilərik. İlk başlarda startaplar öz ideyalarıyla rəqiblərinin 99% -ni sıradan çıxardıqlarını düşünürlər, amma zamanla belə olmadığını dərk edirlər. İndi tanıdığımız ən nəhəng şirkətlər yeni başlayanda daha böyük rəqabət təhlükəsi ilə üzləşib və hamısından üzüağ çıxdığı üçün indi mövcuddurlar.

Bir şirkət qurub təsisçi, sahibkar olursunuz, həmişə monopoliya olmağı hədəfləyib rəqabətdən qaçmaq istəyirsiniz vaxtınızın 99% -i, rəqiblərinizi gözdən salmalısınız, necəmi? onların zəif tərəflərini, çatışmazlıqlarını görüb öz məhsulunuzda onu istifadə etməklə, xüsusilə mətbuatda çox səs-küy saldıqdan sonra onları görməməzlikdən gəlin. Henri Ford demişkən: “Qorxulacaq rəqib, heç vaxt səni narahat etməyən, hər zaman öz işini daha da yaxşılaşdırmağa davam edəndir.”

Dünyada tam iki növ biznes var, mükəmməl rəqabət qabiliyyətli və inhisarçı olan müəssisələr var.

İnhisarçıların həmişə danışdığı yalanlardan biri dövlət tənzimlənməsini istəmədiyi, dövlətin onlardan sonra gəlməsini istəmədiyi üçün heç vaxt monopoliyası olduğunu söyləmirlər soruşulanda isə bazarda “perfect competition” olduğunu deyirlər.

Mükəmməl rəqabətə baxsaq, mükəmməl rəqabət dünyasının bəzi müsbət və mənfi cəhətləri var. Bu iqtisadiyyatdan öyrəndiyimiz “perfect competition”-dır, Hər bir şeyin statik olduğu, datalara əsaslandığımız  bir dünyada hər şeyi modelləşdirmək asandır, buna görə econ professorları mükəmməl rəqabət haqqında danışmağı xoşlayırlar.

Bəli, rəqabət  elə bir müsabiqədir ki, orda bütün bizneslər, startaplar hər bir sahədə-məhsulun rəngindən tutmuş, məhsul üzərində işləyən komandanın bacarıqlarına qədər yarışırlar. Qalib isə ən böyük bazar payına sahib olur. Rəqabət deyəndə ilk ağıla gələn Coca-Cola-Pepsi, Apple-Samsung-Xiomi üçlüyü gəlir. Hər biri bazarda öz sözünü demiş şirkətlərdir.

Biznesə başlayan hər kəs bir şirkəti olmasını və onu yaxşı idarə etmək istəyir. Kənardan ilk görünən, nəzərə çarpan  məsələn, restoran sektoru olur. Çoxlu müştərisi var, yemək də insanların gündəlik ehtiyaclarındandır, bu qədər necə deyərlər “tutuzdurmaq” mümkündür. Bəs biz bir şeyi unuduruq ki, çox müştərisi olan bu sektorda çoxlu da rəqiblər var. Məhz buna görə ilk olaraq kiçik müştəri qrupundan başlamaq lazımdır, bunu bəlkə “rəqibdən qorxmaq” kimi də adlandıra bilərsiniz. Bəli, elədir rəqiblərinizdən qorxun, qorxun ki, böyüyə biləsiniz, qorxun ki, məhsulunuzu inkişaf elətdirə biləsiniz, qorxun ki, bazarda birincilik əldə edə biləsiniz.

Sonda isə sizə heç vaxt rəqabətdə uduzmamağı arzu edirik!

Rəy yaz

Rəyinizi yazın
Adınızı daxil edin