SpaceX-in qurucusu Elon Musk, şirkətinin Aya göndərmək istədiyi “Starship” gəmisinin peykimizin səthinə necə enəcəyi ilə bağlı müzakirəyə qatıldı. Musk, “Starship” gəmisi üçün yeni ayaqları üzərində çalışdıqlarını söylədi.

SpaceX şirkətinin baş direktoru Elon Musk, şirkətinin Aya göndərməyə hazırlaşdığı Starship kosmik gəmisi ilə bağlı bir Twitter müzakirəsinə qatıldı. Müzakirə, Starship dizaynında Ayın səthinə etibarlı şəkildə enə bilməsi üçün edilən hərəkətlərdən bəhs etdi. “Biz yeni ayaqlar üzərində işləyirik” dedi Musk, küləyin və ya qaya ilə dolu bir yerə enməyin daha geniş bir səthə və avtomatik düzəldilməyə ehtiyac olduğunu söylədi.

Tim Dodd ya da ‘Gündəlik Astronavt(Everyday Astronaut)’ olaraq bilinən YouTuber-ə cavab verən Elon Musk, Starship gəmisinin güclü küləklərdə yerə enməyi üçün raket mühərriklərinə sahib olacağını bildirib.Çünki Starship bir gün Yerə qayıdacaq və ya Mars kimi bir atmosferi olan digər planetlərə çıxacaq.

Aya gedən Starship bir az fərqli olacaq:

Bununla birlikdə Musk, Aya gedəcək Starshpin fərqli olacağını qeyd etdi. “Hədəf hər gəmi ilə Aya maksimum yük götürməkdirsə, istilik qalxanlarına, qanadlarına və ya böyük qaz mühərriklərinə ehtiyac yoxdur” deyə Musk əlavə edib.

Starship-in son versiyası ilə 100 ton yük və ya 100 nəfəri kosmosa daşıya biləcəyi bildirilir. Maraqlıdı ki, bu xəbər SpaceX-in dördüncü Starship prototipi SN4 mayın 29-da yanacaq sınağı zamanı partladılmasından sonra gəldi. Ars Technica-ın redaktoru Eric Berger, SN5-nin sınaqlara hazır olduğunu və SpaceX-in də Boca Chica-dan ikinci bir buraxılış üzərində çalışdığını qeyd etdi.

SpaceX baş direktoru Elon Musk şirkət işçilərinə göndərdiyi bir elektron poçtda şirkətin prioritetinin Mars və Ay kruizlərində istifadə ediləcək nəhəng raket olması lazım olduğunu söylədi. Musk, Crew Dragon-ın Yerə qayıtma riskini azaltmaq səylərində iştirak edənlər istisna olmaqla, digər işçilərin Starship-də cəmləşməsini istəyir.

 

Mirsəid Mirzəzadə

Rəy yaz

Rəyinizi yazın
Adınızı daxil edin