Aldrin and Armstrong practice lunar surface activities at the Manned Spacecraft Center in Houston before the mission. Apollo II was the first U.S. space mission designed to put two astronauts on the Moon and return them safely to Earth. (NASA)

Rusiya, Ay’a son 25 ildən sonra ilk dəfə bir kosmik gəmi göndərməyi planlayır. Luna-25 kosmik gəmisinin 2021-ci ilin oktyabrında Ay’ın qaranlıq tərəfi ilə olan cənun qütbünün yaxınlarında enməsi gözlənilir.
Rusiyanın bu cəhdi ABŞ ilə yaşanan Soyuq müharibə dövründəki rəqabətin davamı kimi düşünülür. Moskva’dakı Kosmik Siyasət İnstitutunun prezdienti Ivan Moiseyev verdiyi bir müsahibədə: “Ay’a dönmək, kosmosdakı liderlik mövzusunda güclü bir addım olacaq” – ifadələrini istifadə etdi.
Rusiya Elmlər Akademiyası Kosmik Araşdırma İnstitutunun prezidenti Igor Mitrofanov, Rusiyanın yeni Ay missiyasının 1976-cı ildəki Sovetin Luna-24 gəmisinin missiyasını izlədiyini söylədi. İnsansız kosmik gəmi Luna-25 Ay’da torpaq nümunəsi götürərək səthdə su axtarmağa çalışacaq.
Moiseyev: “Ay’da suyu ilk kəşf edən ölkə bir sensasiya yaradacaq”- dedi. Moiseyev ayrıca Ay’da tapılacaq suyun gələcəkdəki daha uzaq səyahətlərə yanacaq mənbəyi ola biləcəyini söyləyir. Rusiya Luna-27 missiyası ilə 2024-2025-ci ildə Ay’da su kəşf eləməyi umur.
Rusiyanın Ay proqramının maliyyətini bilmir. Ancaq Rus kosmik agentliyi Roscosmos’un prezidenti Dmitry Rogozin, Ay missiyası üçün roket inşa etməyin və onu kosmosa göndərməyin təxmini 9 milyard euroya başa gələcəyini dedi.

Rəy yaz

Rəyinizi yazın
Adınızı daxil edin