Dünyanın ən böyük pre-seed akseleratoru olan The Founder Institute (FI.co) bu gün rəsmi olaraq Bakıda yeni bölməsinin açıldığını elan etdi. Proqram çərçivəsimdə erkən mərhələli texnologiya sahibkarları və komandalar onların uğurlarında payçı olan startap mütəxəssislərinin dəstəyi ilə birlikdə uğurlu texnologiya startapları quracaqlar. İndiyə qədər The Founder Institute məzunları 950 milyon dollardan çox investisiya qaldırmışlar. Bakıda texnologiya startapları qurmaqda maraqlı olan hər bir sahibkar və ya komanda http://fi.co/apply/baku saytından Azərbaycan Virtual 2020 Founder Institute-a müraciət etməyə dəvət olunur.

Açılışını qeyd etmək üçün Bakı Founder Institute bir neçə pulsuz onlayn startap tədbirinə ev sahibliyi edəcək və burada iştirakçılar necə şirkət qurmaq və proqram haqqında daha çox məlumat əldə edə biləcəklər. Tədbirin tam siyahısını http://fi.co/events/baku  saytından əldə edə bilərsiniz.

“2020-ci ildə Azərbaycanda Qlobal Startapın Qurulması (OnlaynTədbir)” adlı qarşıdan gələn tədbir 24 iyunda baş tutacaq. Dərin startap təcrübəsi olan expertlərin təcrübələrini eşitmək istəyirsinizsə, ‘Qlobal Startap’ panel tədbirində iştirak üçün bizə qoşulun. Səhv etməkdən çəkinməyən, uğurlu sahibkarların ən yaxşı təcrübələrini, strategiyalarını və səmimi danışıqlarını dinləyin.

Bakıda Founder Institute-un fəaliyyətə başlamasını təşkil edən startap ekosisteminin liderləri Cəfər Nəcəfov (Təsisçi və Baş icraçı direktor, JOOPZY), Məmməd Kərim (Təsisçi, Khazar Ventures) və Vüsal Kərimlidir (İdarəçı Direktor, SUP.VC).

Bundan əlavə, bir çox bölgənin ən yaxşı startap investorları, təsisçiləri və icraçıları bu proqramda sahibkarlara təlim verməkdə maraqlı olduqlarını bildirdilər.

  • Adeo Ressi: Founder Institute-un qurucusu və icraçı rəhbəri
  • Anuradha Gal: Uber şirkətində baş mühəndis
  • Eren Bali: Udemy şirkətinin qurucusu
  • Naveen Jain: Viome şirkətinin qurucusu və icraçı rəhbəri
  • Aytakin Əliyeva: Təsisçi, Femigrants
  • Fərid Musayev: Mələk investor
  • Qərib Mehdiyev: Həmtəsisçi, WeTravel
  • Nail Vəliyev: AI məhsul meneceri, Sporttotal
  • Nərgiz Məmmədova: Həmtəsisçi və icraçı direktor, Destin AI
  • Rəşad Eyvazov: Next Step İnnovasiya Mərkəzi, İdarəedici director
  • Rəşad Mirzəyev: ATL Group-un icraçı direktoru
  • Ruslan Mürsəlzadə: Google şirkətində məhsul marketinq meneceri

The Founder Institute Azərbaycan Virtual 2020 pre-seed Akselerator Proqramı 2020-09-08 tarixində başlayacaq və gələcək üçün həll yolları axtaran və erkən mərhələdə çalışan sahibkarlar aşağıdakı imkanlara sahib olacaqlar:

  • 50+ Bakı Mentorları, investorlar, and sahibkarlar davamlı rəy və müntəzəm iş saatları əldə edin.
  • Məzunlarının 950 milyon dollardan çox investisiya qaldırmasına köməklik etmiş, təsdiq olunmuş strukturlu proseslə sürətli şəkildə startapınızı inkişaf etdirin.
  • İllər boyu mütəxəssis dəstəyi almağa davam etmək üçün, Funding Lab-a daxil olmaqla, əvvəlki proqramlar paketini yoxlayın.
  • Founder Institute-un  4,000+ məzundan ibarət qlobal şəbəkə və 185+ şəhərlərdə 14,000+ mentorlardan ibarət startap investorlarını daxil etməklə dəstək şəbəkəsini genişləndirin

Maraqlanan hər kəs Azərbaycan Virtual 2020 Təsisçi İnstitutuna http://fi.co/events/baku ünvanından müraciət edə bilər və Erkən Müraciət Tarixi (2020-07-26) ilə müraciət edənlər endirimli qiymət almaq hüququna malikdirlər.

FI.co -dan Founder Institute haqqında daha çox məlumat əldə edin

—-

Founder Institute haqqında

Founder Institute (FI.co) dünyanın ən böyük pre-seed startap akseleratorudur. Proqram çərçivəsimdə erkən mərhələli texnologiya sahibkarları və komandalar onların uğurlarında payçı olan startap mütəxəssislərinin dəstəyi ilə birlikdə uğurlu texnologiya startapları quracaqlar. İndiyə qədər The Founder Institute məzunları 950 milyon dollardan çox investisiya qaldırmışlar.  Dünyanın ən sürətli böyüyən startaplarının rəhbərləri Founder Institute-dan maliyyələşmə,seed-akseleratorlara qoşulmaq, müştəri tapmaq, komanda cəlb etmək, məhsul yaratmaq, işçidən təşəbbüskara keçid və s. Silikon Vadisində yerləşən 185 şəhər və 65 ölkə arasında şöbəsi olan Founder Institute-un vəzifəsi Silikon Vadisini Qloballaşdırmaq və bir milyon yeni iş yeri açacaq şirkətlər qurmaq üçün istedadlı və həvəsli sahibkarlara fokuslanmaqdır.

Founder Institute 2009-cu ildə Adeo Ressi və Jonathan Greechan tərəfindən təsis edilmişdir. Kaliforniya, Palo Alto xaricindən idarə olunur.

Mətbuat Əlaqə: Jonathan Greechan

 

Tariyel Ağazadə

Rəy yaz

Rəyinizi yazın
Adınızı daxil edin