Bu gün gecə “Galaxy Unpacked 2020” tədbiri çərçivəsində Samsung öz yeni model sıralamasını təqdim etdi: Galaxy S20, S20+ və S20 Ultra. Modellər, Dynamic AMOLED matrisalı və HDR+ texnologiyasını dəstəkləyən 120 HZ tezlikli ekranlarla təhciz olunublar.
Modellərin prosessoru 7 nanometrlik Exynos 990-dır və LPDDR5 yaddaş növü ilə çalışır. Bütün model sıralaması IP68 su və tozdan qorunma texnologiyası ilə təmin olunub.

SAMSUNG GALAXY S20

Kiçik model 6,2 duymluq Dynamic AMOLED displeylə təhciz olunub. Ekranın yanları 21:9 nisbətdədir və yuxarı hissəsində 4K çəkilişi dəstəkləyən 10 MP-lik kamera yerləşdirilib.Əsas kameralar 64, 12 və 12 MP-dir və 30X zum etmə imkanına malikdir. Kameranın və smartfonun əsas özəlliyi 8K 30 kadr saniyədə çəkiliş etməsidir.

Əsas xüsusiyyətlər:
Ölçü: 151,7×69,1×7,9 mm, 163 g
Displey: 6,2″, WQHD, 21:9, Dynamic AMOLED
Prosessor: 8 nüvəli Exynos 990, 2,7 hz, Mali-G77
Yaddaş: 8/12 RAM, 128 GB daxili yaddaş, microSD (1 TB-dək)
Kamera: 12+64+12 MP, f/2.2+f/1.8+f/2.0 (əsas üçlü), 10 MP, f/2.2 (ön)
Batareya: 4000 mAh
ƏS: Android 10, OneUI 2.0
Şəbəkə: LTE, Wi-Fi 802.11 a/b/g/n/ac/ax, Bluetooth, NFC, USB type-C, NFC, GPS, Galileo, BeiDou

SAMSUNG GALAXY S20+

 


S20+ modeli öz kiçik qardaşından çox da fərlənmir. Əsas fərq əlavə ToF dərinlik sensorunun olması, 6,7 duymluq displey və 4500 mAs batareya.

Smartfonun əsas xüsusiyyətləri aşağıdakı kimidir:
Ölçü: 161,9×73,7×7,8 mm, 186 g
Displey: 6,7″, WQHD, 20:9, Dynamic AMOLED
Prosessor: 8 nüvəli Exynos 990, 2,7 hz, Mali-G77
Yaddaş: 8/12 RAM 128/512 GB daxili yaddaş, microSD (1 TB-dək)
Kamera: 12+64+12 MP, f/2.2+f/1.8+f/2.0 (əsas üçlü), 10 MP, f/2.2 (ön)
Batareya: 4500 мАs
ƏS: Android 10, OneUI 2.0
Şəbəkə: LTE, Wi-Fi 802.11 a/b/g/n/ac/ax, Bluetooth, NFC, USB type-C, NFC, GPS, Galileo, BeiDou

SAMSUNG GALAXY S20 ULTRA

Əsl bayraqdar smartfon Galaxy S20 Ultra-108 MP-lik əsas üçlü kamera. Digər linzalar 48 və 12 MP-lik 100X zum edə bilən kameralardır. Ön kamera 40 MP-lik 4K 60 FPS keyfiyyətində çəkilişlər edə bilir. S20 Ultra modeli öz model sıralamsında ən çox yaddaşa malikdir – 16 GB RAM и 512 GB daxili yaddaş. Batareyası isə ən böyük həcmli 5000 mAs-dır.

Modelin əsas xüsusiyyətləri:
Ölçü: 166,9×76×8,8 mm, 220 g
Displey: 6,9″, WQHD, 20:9, Dynamic AMOLED
Prosessor: 8 nüvəli Exynos 990, 2,7 hz Mali-G77
Yaddaş: 12/16 GB, 128/512 daxili yaddaş microSD (1 TB-dək)
Kamera: 108+48+12 MP+ToF, f/2.2+f/1.8+f/3.5 (əsas üçlü), 40 MP (ön),
Batareya: 5000 мАs
ƏS: Android 10, OneUI 2.0
Şəbəkə: LTE, Wi-Fi 802.11 a/b/g/n/ac/ax, Bluetooth, NFC, USB type-C, NFC, GPS, Galileo, BeiDou

Hər üç model ekranında ultrasəsli barmaq izi skaneri, Dolby Atmos səsgücləndiriciləri və simsiz şarj imkanına malikdir. Modellərin qiyməti müvafiq olaraq $999, $1199 və $1699-dır. Azərbaycanda smartfon mart ayının ortasından satışa buraxılacaq. Modelin icmalı Facebook səhifəmiz və youtube kanalımızda tezliklə yayımlanacaq.

Tariyel Ağazadə

Rəy yaz

Rəyinizi yazın
Adınızı daxil edin