Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin “INNOLAND” İnkubasiya və Akselerasiya Mərkəzinin təşkilatçılığı ilə Şamaxıda “Hackathon”a start verilib.

Tədbirin ilk günü Azərbaycan Beynəlxalq Bankının nümayəndəsi Hamlet Məmmədov iştirakçıları “Startap nədir?”,  “Startap ideyasını necə formalaşdırmaq olar?”,  “Bazar araşdırması”, “Təqdimat bacarıqları” kimi əsas təşəbbüskarlıq anlayışları ilə tanış edib.

Növbəti gün iştirakçılar komandalara bölünərək onlara həvalə edilmiş layihələr üzrə “Hackathon” zamanı əldə etdikləri bilikləri tətbiq etməyə çalışacaqlar.

Region gənclərinin iştirakı ilə keçirilən “Hackathon” ümumilikdə 2 gün davam edəcək.

Sonda qalib komandalar Şamaxı “ASAN xidmət”də yerləşən “INNOLAND” İnkubasiya və Akselerasiya Mərkəzində 6 aylıq inkubasiya proqramı keçmək haqqı qazanacaqlar. Bununla yanaşı qalib komandaların təsisçiləri 2020-ci ildə Türkiyədə keçiriləcək “Startup Turkey” tədbirinə qatılmaq şansı əldə edəcəklər.

Şamaxı şəhərində “Hackathon”un keçirilməsində məqsəd region gəncləri arasında startapların təşviqi, mövcud ideyaların dəstəklənməsidir.

Rəy yaz

Rəyinizi yazın
Adınızı daxil edin