Dünənki araşdırmamızın nəticəsindən məlum olmuşdur ki, Estoniyanın ən böyük yemək çatdırılma şirkəti Bolt Food Azərbaycan bazarına öz xidmətləri ilə daxil olmağa hazırlaşırlar. Bu qənaətə ölkə üzrə tətbiq platfromalarında Bolt Food tətbiqinin ölkəmiz üçün artıq açıq olduğuna və yerli nömrə ilə qeydiyyatdan keçməyin mümkün olduğuna görə gəlmişdik.

Müstəqil araşdırmamızdan sonra dərhal Estoniya şirkətinin ölkəmiz üzrə nümayəndəliyi ilə əlaqə saxladıq ki, xəbərin doğruluğuna 100% əmin olaq. Müraciətimizə tez bir zamanda cavab verildi və araşdırmamızın nəticəsinin doğru olduğunu, yaxın zamanda Bolt Food tətbiqinin və bütün xidmətlərinin yerli bazarda istifadəsinə start verəcəklərini bildirdilər.

Qeyd edək ki, artıq siz də tətbiqi yükləyərək öz yerli nömrənizlə qeydiyyatdan keçə bilərsiniz. Bolt Food ilk dəfə 2019-cu ilin Avqust ayında Talin şəhərində istifadəyə verilmişdir.

 

Tariyel Ağazadə

Rəy yaz

Rəyinizi yazın
Adınızı daxil edin