Sony’nin yeni oyun konsolu olacaq PlayStation 5 haqqında çox məlumat ortaya çıxıb, ancaq Sony tərəfindən heç biri təsdiqini tapmayıb. İndi də ortaya çıxan və hələ təsdiqlənməyən bir söz-söhbət, PlayStation 5-in prosessoru və qrafik qurğusu haqqında məlumatdır. 2020-ci ilin üçüncü ayına girdiyimiz günlərdə, Sony hələ də qeyri-muəyyən elanlar xaricində PlayStation 5 haqqında dəqiq məlumat paylaşmadı. Bu günə qədər yalnız PlayStation 5-in super sürətli SSD-yə sahib olacağı və yeni hazırlanmış DualSholck 5 nəzarətçisinə sahib olacağı məlum oldu. Lakin oyun konsolunun prosessoru və qrafik qurğusu haqqında heç bir məlumat paylaşılmadı. PlayStation 5-in dizaynı hələ də bəlli deyil. Korona virusun yayılması, Sony tərəfindən PlayStation 5 haqqında məlumat paylaşmasına mane ola bilər. Sony, Koronavirusun yayılması ilə əlaqədər olaraq 3 oyun tədbirdə iştirak etməyəcəyini açıqladı. Bu PlayStation 5 ilə əlaqədar elanların gecikəcəyini bildirir.
Şayələrə görə yayılan PlayStation 5-in texniki xüsusiyyətləri:
13.3 TF xüsusi RDNA 2 GPU
1.7 GHZ 60 hesablama birliyi ilə
AMD Zen2 8 nüvəli 3.4 GHZ
Ram:16GB GGDR6 Ram+4GB DDR4 RAM
Sürəti və yaddaş kartı:5.5GB / suretli 1TB SSD
Səs funksiyaları:Xüsusi RT və 3D səs nuvələri
Bant genişliyi: 565GB
Təxmin edilən qiyməti 600 dollar (1070 AZN)

Rəy yaz

Rəyinizi yazın
Adınızı daxil edin