Sony oyun sektoruna PlayStation 5i təqdim etməklə böyük bir səs saldı. Təqdimatı youtube kanalından edən şirkət öz kanallarında yeni bir rekorda imza atdılar. Belə ki “PS Hardware Reveal Trailer” başlıqlı video qısa müddətdə 22 milyon izləmə ilə 1 milyon istifadəçi tərəfindən bəyənildi.

Bu yaxınlarda Sony, özünün yeni konsolu PlayStation 5 təqdim edərək oyun sektorunu diqqətini özünə cəmlədi. Çox güclü xüsusiyyətləri özündə cəmləşdirən yeni oyun konsolunun təqdimatı ilə yanaşı, PlayStation yeni oyunları nümayiş etdi. Bu online təqdimatdan sonra da Sony konsolun yeniliklərini PlayStation-ın YouTube kanalından paylaşmağa davam edir.

YouTube kanalı ilə paylaşımlara davam edən şirkət bu platformada da uğur qazanıb. PlayStation tərəfindən “PS5 Hardware Reveal Trailer” adlı video, PlayStation-in YouTube kanalında ən çox bəyənilən videoya çevrildi. Qısa müddət ərzində 22 milyon baxışa çatan video 1 milyondan çox bəyənmə almaqla PlayStation-ın rekord qırmağına kömək etdi.

PlayStation’ın ən çox bəynilən videosunu buradan izləyə bilərsiniz.

Konsolun qeyri-adi dizaynı tərəfindən bəyənilənlərin sayına baxsaq, PlayStation 5-in bir çox insanın gözlədiyini söyləyə bilərik. 11 milyondan çox abunəçisi olan PlayStation kanalı 2005-ci ilin sonlarına doğru fəaliyyətə başladı və o vaxtdan bəri PlayStation bu videosunundakı “like” qədər bəyənmə yığa bilmədi. Video daha çox bəyənmə alsa da, 49 min istifadəçi “bəyənmədim” düyməsini sıxıb.

Təqdimat tarixinini 4 İyun olaraq təyin edən PlayStation, ABŞ-da başlayan hadisələrə görə təxirə salındı. Bir polis məmurunun Corc Floyd adlı bir vətəndaşı ölümünə sürükləməsi, ölkənin gündəmində idi. Bu etiraz aksiyalarının davamı; Sony, EA kimi böyük şirkətlərin satışlarını təxirə salmasına səbəb oldu.

Konsolun 2020-ci ilin sonuna qədər rəflərdə yer alacağı gözlənilir

Texnologiya həvəskarları yeni bir tarix olmadan təxirə salındıqdan sonra həyəcanlansalar da, bu həyəcan qısa oldu və Sony təqdimatın yeni tarixini, 11 İyun elan etdi. Başlanğıcdan sonra, konsolun çıxması gözlənilən bütün gözlər 2020-ci ilin sonlarına doğru yönəldildi.

 

Mirsəid Mirzəzadə

Rəy yaz

Rəyinizi yazın
Adınızı daxil edin