Nokia köhnə və hər kəs tərfindən keçmişdə sevilən telefon modellərini yenidən həyata qaytarmaqda davam edir. Bu dəfəki model 2011-ci ilin bayraqdar modeli Nokia N9 smartfonu olacaq. Ötən il bu modelin geri qayıdacağı haqqında şayiələr gəzirdi ancaq dəqiq məlumat yox idi. İndi isə Çin mediası HMD Global şirkətinin bu modeli yenidən həyata gətirəcəyini təstiqlədi. Məlumata görə model Nokia N9 Remastered Edition yaxud N9 2020 adlanacaq.

N9 modeli şirkətin Symbian ƏS-dən imtina etdikdən sonra çıxan ilk smartfondu. Nokia N9 ilk və yeganə model idi ki, Nokia və İntel’in birgə istehsalı olan Meego əməliyyat sistemi əsasında çalışırdı. Bu modelden sonra Meego əməliyyat sisteminin dəstəklənməsi rəsmi olaraq dayandırıldı. 2012-ci ildə Nokia N9-a Android 4.1 Jelly Bean yükləmək mümkün olmuşdur.

Modelin Mobile Worlds Congress 2020-də təqdim olunacağı gözlənilir.

Qeyd: Sizə təqdim etdiyimiz şəkillər orijinal deyil və yalnız renderlər əsasında dizayner tərəfindən yaradılıb.

Tariyel Ağazadə

Rəy yaz

Rəyinizi yazın
Adınızı daxil edin