Startap qurmaq hər kəsə asan gəlsə də göründüyündən çətin işdir. Startap qurmağın əsas çətin tərəfi çox riskli olmasıdır. Təsisçiləri böyük riskdən qurtaran şeylərdən biri və ən effektivi MVP’dir.
MVP (Minimum viable product)-öz dilimizə tərcümə etsək “həyətadavamlı minimal məhsul”. İlk dəfədən aylarla, bəzən illərlə vaxt sərf edilərək tam məhsulu hazırlamaq çox risklidir. Bu anda MVP yada düşən ən uyğun vasitədir. MVP məhsulun istifadəçilər tərəfindən necə qarşılanacağını yoxlamaq üçün istifadə olunur ki, bu da əlavə resursdan istifadənin qarşısını alır.
MVP’nin yaxşı vasitə olduğunu anladıq ancaq bəzi startap qurucular onu yaradan zaman xeyli səhvlərə yol verir. Bu məqaləmizdə sizə MVP’nin yaradılması prosesinde edilən 5 səhvi təqdim edirik.

“Mükəmməl məhsul”

MVP yaradılan zaman diqqət yetirməli olduğunuz məqamlardan biri də həmin məhsulun ilkin versiyasına yalnız əsas və zəruri funksiyaların əlavə olunmasıdır. İstifadəçilərdə sadəcə məhsul haqqında əsas təsviri yaradın. Əgər məhsulunuz heçkimə lazım deyilsə nə qədər funksiya əlavə edib etməməyiniz onu xilas etməyəcək.

“Simic olmayın”

Yalnız vacib funksiyaları əlavə etmək hər şeyə qənaət etmək demək deyil. Təqdim edəcəyiniz sadə funksiyalar hal-hazırki dünya standartlarına uyğun olaraq maksimal keyfiyyətdə olmalıdır. Məsələn MVP yaradılan zaman pulsuz və etibarsız resurslardan istifadə etmək platformanın yaxud mobil əlavənin çokməsinə gətirib çıxarda bilər və bu da sizin startapın imicinə böyük zərbədir. Əgər istifadə edirsinizsə keyfiyyətli və güvənli vasitələrdən istifadə edin ki, müştərilirinizin minimum tələblərini rahatlıqla ödəyə biləsiniz.

“İdeyaya vurulma”

Çox vaxt bir ideyanı çox sevmək reallıqla barışmaq və onu görməyə mane olur. Əgər müştəridən aldığınız “feedback” hansısa funksiya barəsində mənfidirsə onu dəyişdirməməyi heç ağlınızın ucundan belə keçirməyin. Belə davam etsəniz öz biznesinizi öz əlinizlə basdırmış olacaqsınız.

“CUPCAKE Prinsipi”

MVP yarımçıq və işə yaramayan məhsul demək deyil. Həyata davamlı məhsul müəyyən funksiyaları yerinə yetirən tamamlanmış məhsuldur. Əlavə olunan növbəti funksiyalar isə onu son məhsula çevrilmə yolunda vacib addımlardır.
Buna misal olaraq maşının yaradılmasın demək olar. Avtomobil yarandıqda əvvəl təkəri, sonra təkərlə karkası və s. olmamışdır. İlk olaraq insanı daşıya biləcək sadə qurğu daha sonra isə təkminləşərək indi hamımızın istifadə etdiyi avtomobil halına gəlmişdir. Cupcake adı isə ona görə verilib ki, böyük kremli tortu təqdim etməmişdən əvvəl keks hazırlanır. Keks isə özü özlüyündə tam bir məhsuldur.

“İstifadəçi rəylərini qulaq ardına vurmaq”

Elə bilirsiniz 90% startapların uğursuz olmasına səbəb az işləmək yaxud məhsulun mühəndis tərəfinin zəif olmasıdır?! Bəli, bu amillər çox vacibdir ancaq bir çox startapın uğursuz olmasında əsas səbəb müştərilərdən gələn rəyləri analiz edərək məhsulu həmin rəylərə uyğun təkminləşdirməməsindədir. Hətta yeni bir rəy, yeni bir funksiya da ola bilər. Həmişə günlük istifadəçi sayı, platformada qalma müddəti və bunu kimi statistikları analiz edin və məhsulun təkminləşdirilməsində istifadə edin. Analitika çox mühümdür!

-Tariyel Ağazadə

Rəy yaz

Rəyinizi yazın
Adınızı daxil edin