Küçələri bu qədər səssiz, insansız görməmişdik. Evimizdə isə bəlkə də heç zaman bu qədər uzun müddət vaxt keçirməmişdik. Bütün bunlara səbəb olan isə artıq hər kəsə məlum olan COVİD-19 virusudur.

Virusun əhatə dairəsi artıqca evdə qalan insan sayı da artır və bu əlaqə problemlərinə gətirib çıxarır. Ən böyük problemi isə evdən çalışan insanlar yaşayırlar və bu problemi hər kəs bir yolla həll etməyə çalışır.

Əgər Siz də evdən işləyirsizsə çox güman ki, Zoom proqramının adını eşitmisiz və hətta istifadə də edirsiniz. Bundan istifadə edən isə tək siz deyilsiz, demək olar ki, hazırda bütün dünya bu proqramdan yararlanır. Bəli, nə skype, nə FaceTime, nə də Microsoft Teams bu qədər çox istifadə edilmir.

Hətta Azərbaycanda bir çox təhsil müəssisələri şagird və tələbələrə onlayn dərs keçmək üçü Zoom proqramından istifadə edir.

9 illik və indiyə qədər demək olarki, adını eşitmədiyimiz bu proqram necə oldu ki, bu qədər məşhur oldu?

8 dəfə viza problemi və sonda Silikon Vadisinə gedən yol…

Zoomun qurucusu Eric Yuan gənc yaşlarından Çindən Silikon Vadisinə getməyi xəyal edirdi. Bir gün Bill Gatesin müsahibələrindən birinə baxdı və qəti qərar gəldi ki, ABŞ-a getməlidir. 2 il boyunca vizası rədd edildi, 8 dəfə müraciətdən sonra nəhayət müsbət cavab ala bildi. 1997-ci ildə 27 yaşı olarkən Sİlikon Vadisinə yola düşdü. Bir müddət video konfrans şirkəti olan Webexdə işlədi. Həmin müddətdə Webex Cisco tərəfindən 3.2 milyard dollara satın alındı və Yuan şirkətin baş mühəndisinin köməkçisi vəzifəsinə qədər yüksəldi. Ancaq özünün dediyinə görə həmin vaxtlar xoşbəxt deyildi və işə həvəssiz gedirmiş.

Cisco’nun 3 il sonra bilinən səhvi

Yuan Cisconun Webex proqramından razı olan müştəri görmədiyini bildirir. Buna səbəb isə şirkətin məhsulu bulud platformalarına keçirmədiyi və buna görə də müştərilərin əziyyət çəkməsi idi. Hətta Yuan şirkətin investorlarından birinə bir gün biri belə bir proqram yaradacaq və onu bulud platformalarında saxlayacaq deyir. Bütün bunlara baxmayaraq Yuanın tövsiyyələri qulaq ardına vurulur…

Arzularının ardınca gedir…

Yuan şirkətdən ayrılmaq qərarına gəlir. Bir müddət maaşsız yaşayan Yuan Zoom proqramının təməllərini atır. Zoom ilk yatırımını əldə edir – 500.000 dollar. 3 il sonra isə aldığı ümumi investisiyanın miqdarı 6 milyon dollar idi.

Zoom öz işinə başlayır

Yuan və komandası ilk vaxtlarda köhnə bir ofisdə işləməyə başladılar. Zoom təqdim edildi. Zoom demək olar ki, hər bir cihazda problemsiz işləyirdi. Yəni Zoomun Mac və ya PC üçün ayrıca versiyaya ehtiyacı yox idi. Hətta zəif internetlə belə Zoom proqramı problemsiz işləyə bilirdi.

Hazırda Zoomda 1700-dən çox insan işləyir. Şirkətin səhmləri bazara çıxdıqdan sonra 50 faiz artdı və Zoomun bazar dəyəri 25.5 milyard dollara çatdı. Koronavirus hadisələrinə görə isə Zoomun bazar dəyəri şirkətinin tarixində rekord həddə çatıb.

 

Rəy yaz

Rəyinizi yazın
Adınızı daxil edin