ABŞ-da fəaliyyət göstərən texnologiya nəhəngi Microsoft, dərin öyrənmə yolu ilə köhnəlmiş şəkilləri həmişəkindən daha yaxşı hala gətirən yeni AI əsaslı bir alqoritm hazırladı.

Bəşəriyyət olaraq dünyada topladığımız vizual məlumatların miqdarı ağlasığmaz dərəcədə böyükdür, lakin bütün görüntülər yüksək keyfiyyətli DSLR kameralar və ya onlarla rəqabət edə biləcək dərəcəyə sahib smartfon kameraları tərəfindən tutulmur. Xüsusilə köhnə fotoşəkillər illər keçdikcə deformasiyaya uğrayır.

Bir çox insanlar həm uşaqlıq illərinə qayıtmaq, həm də illər əvvəl xatirələrin şahidi olmaq üçün köhnə fotolarını orijinal keyfiyyətlərinə qaytarmaq istəyirlər. Ancaq köhnə fotoşəkilləri canlandırmaq çox vaxt zəhmətli və vaxt aparan bir prosesdir.

Microsoftun süni intellekt alqoritmi deformasiya edilmiş fotoları əvvəlkindən daha yaxşı hala gətirir

Microsoft Research Asia şirkətindən Ziyu Wan və Bo Zhang’ın başçılıq etdiyi bir qrup köhnə cırılmağa hazır olan fotoları ilk halına gətirən Süni İntellekt (AI) alqoritmi hazırladı. Variational Autoencoder (VAE) əsasında alqoritm sintetik olaraq xəritədə verilmiş məlumatlarla deformasiyaya uğramış köhnə şəkilləri yenidən qurur.

Bir fotoşəkildə cızıqlar, toz ləkələri, bulanıqlıq və solğunluq da daxil olmaqla demək olar ki, bütün struktur qüsurlarını aşkarlaya bilən süni intellekt alqoritmi vizual keyfiyyət baxımından ən qabaqcıl metodlardan 64,86 faiz daha yaxşı performans əldə etdi. Zamanla aşınan fotoşəkillərdə çox böyük bir bərpa tətbiq edən sistemin imkanları çox təəccübləndiricidir

Alqoritm, fotoşəkildə demək olar ki, bütün qüsurları, o cümlədən cızıqları, toz ləkələrini, bulanıqlığı və solğunluğu düzəldə bilər.

Köhnə fotoşəkilləri bərpa etmək üçün effektiv bərpa metodu təklif edən Microsoft tədqiqatçıları, insanlara, xüsusən də nostalji sevənlər üçün yeni texnologiyanı təklif edirlər. Təəssüf ki, Microsoft canlı test imkanı verən bir demo təqdim etmədi, lakin ABŞ şirkəti alqoritmə olan marağı nəzərə alaraq tezliklə bu istiqamətdə addım ata bilər.

İşləmə mexanizmi ilə bağlı video

 

Mirsəid Mirzəzadə

Rəy yaz

Rəyinizi yazın
Adınızı daxil edin