Yeni bir araşdırmaya görə, bəşəriyyətin Marsda özünü təmin edən bir koloniya qurması üçün ən azı 110 nəfər bu planetə göndərilməlidir. Alimlər riyazi modellərdən istifadə edərkən bu problemin yalnız nəzəri səviyyədə həll oluna biləcəyinə işarə etdilər.

Bəşəriyyətin ən böyük xəyallarından biri Yerdən kənarda yerləşən planetlərdə yeni sivilizasiyalar qurmaq, burada yeni və davamlı bir həyat yaratmaqdır. Hələ ki, bu xəyala ən yaxın olduğumuzu düşünən planet qonşumuz Marsdır. Xüsusilə Elon Musk və onun şirkəti olan SpaceX və NASA-nın Marsdakı həyat üçün etdiyi işlər gündəmdədirsə, yeni bir araşdırma bu planetdə qurmağı planlaşdırdığımız koloniya haqqında vacib məlumatlar verir.

Bordo Milli Politexnik İnstitutundan Jean-Marc Salotti-nin dərc etdiyi məqaləyə görə, Marsda özünə yetərincə sivilizasiya qurmaq üçün ən azı 110 nəfəri Yerdən Marsa göndərməliyik. Tədqiqat əsasən kainatın başqa yerlərində yerləşməyimiz üçün nə qədər insan və mənbələr tapacağımızı öyrənməyə çalışır. Riyazi modellərdən istifadə edən tədqiqat bir planetdə yaşamaq üçün tələb olunan minimum insan sayını hesablayır.

Daha çox insan hesablamaları dəyişə bilər

Minimum sayının 110 olacağını, daha çox insanın hesablamaları dəyişdirəcəyini vurğulayan Salotti, insanların digər planetlərdə məskunlaşmada müvəffəq olmasının bir sıra amillərdən asılı olduğunu vurğuladı. Bunlara insanların bir-biri ilə işləyə bilməmələri və vaxtlarını öz qaynaqları ilə bölüşüb-istifadə edə bilməmələri daxildir. Professor Salotti deyir ki, problem hazırda nəzəri cəhətdən çoxdur, lakin bəşəriyyətin gələcəyinə əhəmiyyətli təsir göstərə bilər.

Yerdəki həyatın bir gün dağıdıcı bir hadisə ilə üzləşə biləcəyini xatırladan Salotti, bəşəriyyətin yaşaması üçün yeganə yolun Marsa və ya başqa bir planetə getmək ola biləcəyini düşünür. Elon Musk-ın SpaceX kimi şirkətləri bu cür vəziyyət baş verərsə, insanları Marsa çatdırmağın yollarını axtarırlar. Marsa aparıla biləcək qaçılmaz sayda insan sayəsində insan və qaynaq hesablamaları böyük əhəmiyyət daşıyır.

Ötən günlərdə ilk idarə olunan uçuşunu həyata keçirən SpaceX, üzən raket buraxılış qurğusundan gələcək Ay və Mars missiyaları üçün kosmosa raketlər göndərməyi planlaşdırır. SpaceX baş direktoru Elon Musk, üzən raket atış qurğuları üçün işə başladığını açıqladı.

 

Mirsəid Mirzəzadə

Rəy yaz

Rəyinizi yazın
Adınızı daxil edin