Dünyada sürətlə yayılmağa davam edən Corona virusu Azərbaycana da gəlib. Corona virusu yaxın təmasla yanaşı digər vasitələrlə də bulaşa bilər. Ağıllı telefonlar virusun yayılmasında önəmli rol oynayır. Bütün gün əlimizdən yerə qoymadığımız ağıllı telefonları necə təmizləmək lazımdır? Detalları ilə anladırıq.

Telefonlar necə təmizlənməlidir?

Ağıllı telefonların ekranlarının viruslara ev sahibliyi edə biləcək şəraitə sahib olduğu və ağıllı telefonları tez-tez təmizləmək lazım olduğunu söyləyirlər. Ağıllı telefonu təmizləmədən öncə söndürməyinizi önəririk. Ekran spreyi və ya mikrofiber beziniz varsa, mikrofiber bezə spreyi sıxın. Sonra da ekranı silməyə başlayın.

Əgər mikrofiber bez yoxdursa nəm salfetə spirt tökün. Ardınca nəm salfetlə telefonu yaxşıca silin. Cihazı siləndən sonra quru salfetlə də qurulamağı unutmayın. Ağıllı telefon “kabro”-ları da təhlükə saça bilər. Əgər telefonunuzda “kabro” varsa, onu çıxardın və isti suyun altında yuyun. Yuyarkən maye sabundan istifadə edə bilərsiniz.

Virusa yoluxmamaq üçün insanlarla sıx təmasda olmayıb əllərinizi yumağınız məsləhət görülür. Qəti olaraq müalicəsi olmayan bu virusun sadəcə yüngülləşdirici müalicələri var. Alimlər virusun müalicəsini tapmaq üçün aralıqsız çalışırlar. Corona virusun göstəriciləri burun axması, öskürək, boğaz ağrısı, baş ağrısı və temperatur ola bilər.

Son 14 gün içində bu göstəricilərdən hansınasa sahibsinizsə dərhal həkimə müraciət edin. Əllərinizi yuyun və gigiyena qaydarlına əməl edin.

Rəy yaz

Rəyinizi yazın
Adınızı daxil edin