Elektron ticarət saytları günü-gündən artır, müəssisələrin dövriyyəsi çoxalır.Düzgün reklam və marketinq üsulları ilə yüksək dövriyyəyə nail olan e-ticarət saytları düşünüldüyü kimi məşhur markalara aid saytlar deyil. Bu tövsiyələr zənnimcə, uyulması ən vacib olanlardandır.

  1. İlk təəssürat üçün 50 milisaniyəyə sahibsiniz

Əvvəla, istifadəçilərin saytınızı bəyənib-bəyənmədikləri barədə qərar qəbul etməsi üçün 50 millisaniyəlik vaxt tələb olunur və ilk təəssürat yaratmaq üçün heç bir ikinci şansınız olmaya bilər. Buna görə, mümkün qədər yaradıcı olmalısınız, çünki ilk təəssürat illərlə öz təsirini saxlayır. Bu təəssürat bir ömür boyu sizə müştərini qazandıra bilər. Mümkün olan ən yaxşı dizaynı inkişaf etdirməlisiniz və düzgün bir sayt qurulması ilə satış zamanı istifadəçilərə vizual olaraq cəlbedici bir dizayn hazırlamalısınız.

  1. Mobil bazarda olmanyanlar vs olanlar

Ortalama insan gündə vaxtının ən azı 100 dəqiqəsini mobil telefonuna sərf edir. Mobil tətbiqetmələr dünyada istehlakçı davranışında artan rol oynayır. İstehlakçılar mobil tətbiqetmələrin köməyi ilə 2014-cü ildə 204 milyard dollar xərclədilərsə, 2018-ci ildə bu rəqəm 626 milyard dollara yüksəldi. Bu kiçik alətlərin əslində nə qədər önəmli olduğunu hələ də bəzi müəssisələr dərk edə bilmir.

Elektron ticarət əməliyyatlarınızı mobil cihazlarla uyğunlaşdırmasanız, üç-beş il ərzində bazardan sağ çıxmaq  mümkün olmayacaqdır. Potensial müştərilərinizlə yaxın olun. Mobil cihazları ilə birlikdədilərsə, siz də olmalı olduğunuz yer oradır.

3. Sosial media = Sərfəli və Effektiv reklam

Sosial mediaya laqeyd yanaşmaq və ya sosial olaraq görünməmək, onlayn işiniz üçün verdiyiniz ən pis qərar olacaq. Əslində, sosial media işinizdə mərkəzi rol oynayır.

Facebook, Instagram, Twitter, Pinterest və Tumblr-da məhsullarınızı maraqlı və peşəkar tərtibatlı hala gətirin. Sosial medianı ikiqat artırmaq üçün doğru zaman və yol varsa o da indidir və bu yol İnstagramdır.

Mütəmadi məzmunu sosial mediada yerləşdirmək; gündə üç foto, gündəlik hekayə və həftədə bir dəfə canlı yayım. Yüksək izləyicili sayına malik rəqiblərinizi bəyənin və şərh edin.

4. Daha çox şəkildən istifadə edin!

Vizual mesajlar mətndən 60 min qat daha sürətli işlənir. İnsanların 65 faizi vizual olaraq öyrənir. Beləliklə, mesajınızı müştərilərə çatdırmağın ən yaxşı yolu vizual məzmun təmin etməkdir. Bunu etmək üçün veb saytınızda daha çox şəkil istifadə edin.

Vizual tvitlər vizual istifadə olunmayanlardan 94 faiz daha çox retvitlənir. Bir sözlə, istifadəçilərin zehnində həkk olacaq fotolardan istifadə edin. Tək bir şəkil min sözə dəyər.

5. Axtarış motorunda ən zirvədə yer alın

Elektron ticarətin həcmi sürətlə böyüdükcə, getdikcə daha çox izlənilən bu sahəyə daha çox sektorun daxil olacağı gözlənilir. Google da axtarış edən insanların 90 faizi ilk üç nəticəni seçir. Beləliklə, məhsulunuz səhifənin ən altındadırsa, yalnız qalan 10 faiz saytınızı tapacaqdır. Başlıqlarınızı, URL-lərinizi və təsvirlərinizi optimallaşdırdığınızdan, faydalı və yeni məzmun təmin etməyinizdən, veb saytınızın yükləmə sürətini artırmağınızdan və veb saytınızı axtarış motorlarına, ilk növbədə Google-da yaddaşda saxlamağınızdan əmin olun. Bir axtarış motoru olmadan veb sayt yaratmaq, gəminiz olmadan okeanı fəth etmək kimidir.

6. Canlı yayımlardan istifadə edin

Canlı yayımdan istifadə potensial müştərilərinizə daha sürətli qərar verməyə kömək edən bir üsuldur. İstifadəçilər maşınla deyil, bir şəxslə söhbət etdiklərini hiss etməlidirlər. Canlı söhbət sayta daha insani bir xüsusiyyət əlavə edir. Canlı söhbət strategiyası istifadəçini real mağazadakı kimi hiss etdirir, bütün suallara bir mağaza köməkçisi cavab verir. Müştərilərinizlə danışın, bir robotla ünsiyyət qurmasına imkan verməyin.

Onlayn alış-veriş edənlərin 21 faizi canlı chat təklif edən saytdan satın almağa meyllidir. Canlı söhbəti istifadə edən alıcıların 62 faizi eyni veb saytdan yenidən alış-veriş etmək ehtimalı yüksəkdir.

  1. Bürokratiyadan yayının

Ziyarətçiləriniz saytınızda uğurla qeydiyyatdan keçməzdən əvvəl bir və ya bir neçə səhifə qeyd forması yaratmaqdan çəkinin. Bir e-ticarət saytı olaraq, onların ünvanlarını, telefon nömrələrini və hansı bizneslə məşğul olduqlarını bilmək lazım deyil. Sadə bir e-poçt ünvanı və şifrə yalnız ehtiyacınız olan hər şeydir.

  1. Müştəri datasının təhlükəsizliyi mesajını verin

Müvafiq məzmun idarəetməsi və şəxsi detalların təhlükəsizliyini təmin etməyincə e-ticarət saytınızın tamamlandığını söyləyə bilməzsiniz.  İnsan qarşılıqlı əlaqəsi olmadıqda, alıcıların saytınızdakı məhsulları satın alınmasına inamlı olmasını təmin etməlisiniz. Çünki müştəri indi sifariş vermədən əvvəl daha diqqətli davranır. Bu səbəbdən saytınızın müştərilərin məxfiliyini qorumaq üçün lazımlı xüsusiyyətləri olan nüfuzlu bir sayt olmasını təmin etməlisiniz. Etibarlı bir platforma seçmək, güclü SSL identifikasiyasından istifadə etmək, bütün sifarişləri izləmək, güclü şifrələr istəmək və infiltrasiya əleyhinə bütün dünyada PCI testlərini aparmaq onlayn fırıldaqçılıq riskini azaldacaq üsullardır.

  1. Müştəri mərkəzli olun.

Elektron ticarət biznesindəki ən böyük çatışmazlıq, qərar qəbul etməzdən əvvəl müştərilərin məhsula toxunma, hiss etmə və sınamasıdır. Hal-hazırda bu problemi həll etmək üçün bir həll yolu yoxdursa, bu boşluğu işinizin digər sahələrində də doldura bilərsiniz. Prosesi sadələşdirilmiş bir alış-veriş səbəti ilə asanlaşdırmaqla yanaşı, əlverişli olma, pulsuz çatdırılma və alış-veriş prosesini mümkün qədər qısa müddətdə saxlamaqla istifadəçiləri cəlb etmək və saytınıza sadiqliyin təmin edilməsində faydalı olacaqdır. Bu əlavə xidmətlər və köməkçilər müştərinizi saytınıza və dükanınıza sadiq qalmağa təşviq edəcəkdir.

  1. Sosial məsuliyyətə önəm verin

Ətraf mühitə uyğun sosial məsuliyyət layihələri marka imicini artırmaq üçün yaxşı ola bilər. Yaxşı iş görən şirkətlərə dəstək insanların xoşuna gedəcək və müştəriləriniz ekoloji cəhətdən təmiz olma imkanınızı yüksək qiymətləndirəcəklər.

 

Toğrul Paşabəyli

Rəy yaz

Rəyinizi yazın
Adınızı daxil edin