“Yaxınlaşan iPhone 12 modeli qulaqlıqlarını tamamilə itirə bilər” – bunu nüfuzlu analitik Min-Çi Kou bildirib. Bu addımla Apple, AirPods’un satışlarını artırmaq istəyir.

Həmçinin analitik növbəti rüb üçün Apple Airpods’ların satış göstəricilərini də təxmin edib. Göstəricilər aşağıdakı kimidir.

O, hesab edir ki, 2-ci nəsil Airpods’ların satış göstəriciləri növbəti rübdə 24,2 mln-dan 17,2 mln-a düşəcək ancaq ilin sonuna cihazın qiymətinin ucuzlaşması ilə satışlar artacaq.

Ümumilikdə ehtimal edilir ki, şirkət 2020-ci ildə 93,8 mln ədəd naqilsiz qulaqcıqlar satacaq və onlardan 38,7 mln-u AirPods Pro’nun payına düşəcək.

Qeyd edək ki, Apple 2007-ci ildən bütün smartfonları ilə bərabər EarPods qulaqcıqlarını qutuda təqdim edir.

 

Tariyel Ağazadə

Rəy yaz

Rəyinizi yazın
Adınızı daxil edin