Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin “INNOLAND” İnkubasiya və Akselerasiya Mərkəzinin təşkilatçılığı ilə Şamaxıda “Hackathon”a start verilib.
Tədbirin ilk günündə iştirakçılar “Startap nədir?”,  “Startap ideyasını necə formalaşdırmaq olar?”,  “Bazar araşdırması”, “Təqdimat bacarıqları” kimi əsas təşəbbüskarlıq anlayışları ilə tanış ediliblər.

Növbəti gün iştirakçılar komandalara bölünərək onlara həvalə edilmiş layihələr üzrə “Hackathon” zamanı əldə etdikləri bilikləri tətbiq etməyə çalışıblar.

Münsiflər heyətinin qarşısında öz layihələrini təqdim edən 5 komandadan “İqor” komandası ən yüksək bal toplayaraq qalib olub.

Sonda qalib komandalar Şamaxı “ASAN xidmət”də yerləşən “INNOLAND” İnkubasiya və Akselerasiya Mərkəzində 6 aylıq inkubasiya proqramı keçmək haqqı qazanıblar. Bununla yanaşı qalib komandaların təsisçiləri 2020-ci ildə Türkiyədə keçiriləcək “Startup Turkey” tədbirinə qatılmaq şansı əldə ediblər.

Şamaxı şəhərində “Hackathon”un keçirilməsində məqsəd region gəncləri arasında startapların təşviqi, mövcud ideyaların dəstəklənməsidir.

Rəy yaz

Rəyinizi yazın
Adınızı daxil edin