Elm adamları insan gözünün quruluşuna bənzər keyfiyyətlərə sahib süni göz hazırlamağa müvəffəq oldular. Kompüterdəki sınaqları uğurla başa vuran robot göz günəş enerjisi ilə işləyəcək.

Alimlər insan gözünün quruluşunu təqlid edən və günəş enerjisi ilə işləyən süni göz hazırladılar. Zhiyong Fan & Hong Kong Elm və Texnologiya Universitetindən olan qrupun apardığı yeni araşdırma görmə qüsuru olan insanlar üçün ümid işığı ola bilər. Robot quruluşuna sahib olan süni göz, işığa fokuslanacaq bir obyektiv və işığa həssas hüceyrələr tərəfindən beyinə göndəriləcək elektrik impulsları istehsal edən gözün arxa hissəsindəki yarı sferik retinaya daxildir. Hazırlanmış süni göz, yetkin bir insanın gözü ilə bənzər bir ölçüdə “vitreous yumor” adlı şəffaf bir gel ilə doldurulur.

Süni retina, sıx dolu nanovirlər ilə doldurulmuş məsaməli alüminium oksiddən hazırlanəb. Bu tellər işığa həssas olan və günəş hüceyrələrində geniş istifadə olunan perovskit adlı bir birləşmədən ibarətdir. İnsan gözündəki sinir hüceyrələrinə bənzər şəkildə hərəkət edirlər və işıq ilə aktivləşərək elektrik siqnallarını ötürürlər. Gözə bağlanan bir kompüter E, I və Y hərflərini uğurla tanıdı. Komanda, cihazın tibbi baxımdan təhlükəsiz olub olmadığını görmək üçün kompüter əvəzinə bir optik sinirə qoşula biləcəyini bildirir.

Komanda süni gözü optik sinirlərə uğurla bağlaya bilsə, kor insanların gələcəyini müalicə edə bilər.

 

Murad Koroğluyev

Rəy yaz

Rəyinizi yazın
Adınızı daxil edin