Google şirkəti öz işçilərinə Zoom proqramından istifadə etməyi qadağan edib.

Koronavirusun yayılması ilə Zoom istifadəsində əhəmiyyətli bir artım müşahidə edildi.  Ancaq bu artım təhlükəsizlik və məxfilik problemlərini yaratmağa başladı.  Zoom-un iOS tətbiqetməsi analitik məlumatları Facebook-a köçürdü və bu barədə heç bir açıqlama verilməməsi bir Zoom istifadəçisinin  şirkəti məhkəməyə verməsinə səbəb oldu.

Zoom-a edilən hücumdan sonra  xaricilərə sızan minlərlə e-poçt adresi  SpaceX-i  təhlükəsizlik məsələlərinə görə işçilərinə  Zoom-dan istifadə etmələrini qadağan etdi.  İndi oxşar bir qadağa Google tərəfindən gəldi.  Google işçilərinin şirkət kompüterlərində Zoom istifadə etməsinin qarşısını aldı.Hətta irəli gedərək, Google işçiləri artıq Zoom-u korporativ kompüterlərində istifadə edə bilməyəcəklər.

Şirkət, kompüterlərində Zoom olan bütün işçilərə bir e-poçt göndərdi və “təhlükəsizlik zəifliyi” səbəbiylə tətbiqetmənin bu həftə işləməyəcəyini bildirdi.  Onu da xatırladaq ki, Google artıq Zoom-un birbaşa rəqibi olan Meet adlı öz video  konfransı var.

Bir google rəsmisi,qeyd etdiyi şərhdə, işçilərin Google-un korporativ şəbəkəsindən kənarda işləmələri üçün təsdiqlənməmiş tətbiqlərdən istifadəsinə icazə verilməməsi siyasətinin olduğunu və bunun yalnız Zoom-a aid olmadığını söylədi.  Mətbuat katibi, bu tətbiqin işçilərin korporativ kompüterlərində işə salınmasının şirkət hesablarına zərər verəcəyini bildirdi.  O, həmçinin Zoom tətbiqindən istifadə etməyə davam etmək istəyən işçilərin veb brauzeri və ya fərdi mobil cihazları vasitəsilə bunu davam etdirə biləcəklərini izah etdi.

9 il əvvəl qurulan və indi istifadəçilərinin sayını 200 milyona çatdıran Zoom və şirkətin qurucusu Eric Yuan’ın hekayəsini sizinlə yaxın vaxtlarda paylaşacağıq. İzləmədə qalın.

Toğrul Paşabəyli

Rəy yaz

Rəyinizi yazın
Adınızı daxil edin