Global Game Jam hər il müxtəlif mövzular ətrafında keçirilən oyun qurucuları üçün nəzərdə tutulmuş 48 saatlıq tədbirdir. Son statistikaya görə 2019-cu ildə tədbir 860 fərqli məkan və 113 ölkədə keçirilmişdir. Tədbirin əsas özəlliyi bütün dünyada eyni vaxtda, saat 17:00-da başlamasıdır. İlk tətbir Yaponiyada start götürür və Havai adalarında yekunlaşır.
Gəlin biraz da tədbirin tarixinə nəzər salaq. İlk Jam 2009-cu ildə “International Game Developers Association” tərəfindən keçirilib ancaq ideya olaraq bu növ tədbir “Nordic Game Jam” adı altında
Susan Gold, Ian Schreiber, Gorm Lai və Foaad Khosmood tərəfindən həyata keçib. Global Game Jam qurucuları da məhz bundan ilhamlanaraq hal-hazırda 900-ə yaxın şəhərdə keçirilən tətdbiri qurublar.


Tədbirin iştirakçıları müxtəlif sahələrə aid insanlardan ibarət olur. Artistdən tutmuş dizaynerə qədər, professional oyun qurucularından təlimçilərədək hər kəs GGJ’da iştirakçı olaraq özünü sınaya bilər. 48 saat ərzində “jam”erlər komanda qurur, ideya üzərində işləyirlər və oyunu ərsəyə gətirirlər.
Ölkə üzrə təşkilatçı olmaq üçün tədbirin yaxşı səviyyədə keçirilməsinə şərait yaratmaq, uyğun yer, sürətli internet, yemək və iştirakçıların təhlükəsizliyini təmin etmək mühümdür. Azərbaycanda bu tədbir artıq bir neçə ildir keçirilir və bu da ölkənin oyun qurucuları cəmiyyətini yaradılmasına böyük təkan verib. Bu il bu tədbir SUP.VC və VRiendly şirkətləri tərəfindən təşkil olunmuşdur və 77 nəfər qeydiyyatdan keçmiş “jam”erlər tərəfindən ümumi 9 yeni oyun yaradılmışdır. 2020-ci ilin bütün dünya üçün mövzusu “repair” idi və Azərbaycanlı qurucular bu mövzuya uyğun oyunlar ərsəyə gətirə bilmişdirlər. 48 saatdan sonra iştirakçılar öz oyunlarını bir-biri ilə bölüşərək dəyərləndirdilər və tərfdaşların dəstəyi ilə iştirakçılar dəyərli hədiyyələrlə mükafatlandırıldı.

Tədbirin bu il üçün əsas tərəfdaşları “INNOLAND” İnkubasiya və Akselerasiya Mərkəzi, Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi, Nextstep Innovasiya Mərkəzi, World Net Summit və Erangel Production şirkəti idi.

Tariyel Ağazadə

Rəy yaz

Rəyinizi yazın
Adınızı daxil edin