19 mart 2020-ci il tarixində saat 7-də İNNOLAND İnkubasiya və Akselerasiya Mərkəzinin tərəfdaşlığı SUP.VC şirkətinin təşkilatçılığı ilə “Fuckup Nights Baku // VOL. VII – Novruz Edition” adı altında 2 saat davam edəcək tədbir təşkil olunacaq. “Stories Of Failure -Fuckup Nights”, ictimai biznes uğursuzluqlarını paylaşmaq üçün 2012-ci ildə Meksikada yaranmış qlobal bir hərəkatdır. Fuckup Nights, uğursuz startup və layihələr haqqında hekayələrin paylaşıldığı, niyə uğursuz olması barədə sorğulandığı gecədir. 90 ölkənin 320-dən çox şəhərində il ərzində ən az 4 dəfə olmaqla FUN qlobal tədbirləri baş tutur.

Artıq VII dəfə təşkil olunan hərəkat Azərbaycanda 2018 – ci ildən etibarən başladılmış, bir çox mütəxəssisin öz təcrübələrinin arxasındakı uğursuzluğu paylaşdığı ənənəvi bir hərəkat halını almışdır. Tədbirin hər dəfəki buraxılışında əvvəlcədən spikerlər haqqında məlumat verilir. Gündəmdən aslı olaraq xarici yaxud yerli spikerlər şirkət tərəfindən seçilir.

3 spikerin çıxışıyla davam edəcək bu dəfəki bayram əhval-ruhiyyəli tədbirdə “fuckuppreneur” – ların layihələrini dinləyib, o haqda suallar verib, etdikləri səhvləri, bu səhvlərdən öyrəndikləri və indi olsaydı nələri fərqli etmək istədikləri barədə təcrübələrinə şahid olacaqsınız. Əvvəlcədən bu “fuck up”ları bilib ondan çəkinmək size hər dəfəsində daha professional edəcək.

Bilet əldə etmək üçün link-ə daxil olun : https://funbakunovruz.ticketsetup.com/az

Rəy yaz

Rəyinizi yazın
Adınızı daxil edin