Facebookun sosial şəbəkələrdə yeni fikirləri test etmək üçün yaratdığı proqramçılar qrupu NPE Team yeni mobil tətbiqi Hobbini istifadəyə buraxıb. Komanda olaraq indiyə qədər yaratdıqları 4-cü tətbiq olan Hobbi, istifadəçilərin özəl proyektlərini və hobbilərini paylaşmağa imkan verən bir platformadır.

Pinterestə bənzərliyi ilə diqqət çəkən tətbiqdə istifadəçilər şəkil və video formatında kontent paylaşa bilirlər. Bundan başqa tətbiqdə başqa istifadəçilər bir-birini izləyə bilərlər.

Rəy yaz

Rəyinizi yazın
Adınızı daxil edin