Facebook, Afrika qitəsinin İnternet tutumunu demək olar ki, üç dəfə artıracaq və qitəni başdan-ayağa tamamlayacaq yeni sualtı kabel çəkməyə başlayır.

Facebook’un 2Africa kabelini 37.000 km məsafəyə çəkməsinə kömək edəcək şirkətlər sırasına China Mobile, MTN, Orange və Vodafone daxildir. Kabel çəkildikdə, ən uzun kabellər arasında olacaqdır. Kabeldən Afrika, Orta Şərq və Avropanın 23 ölkəsi faydalanacaq.

Bu gün Afrika qitəsindəki ölkələrin yalnız dörddə biri İnternetə qoşula bilər. Yeni sualtı kabel qitənin ehtiyac duyduğu gücü və etibarlılığı təmin edəcəkdir.

2Africa lahiyəsi, firmanın bloq yazısına gôrə, Facebook’un “açıq və inkluziv internet ekosistemi” və “insanların daha sürətli internetlə təmin etmə” əsas hədəflərdir. Facebook, davam edən Covid-19 pandemiyasının, internetin vacibliyini göstərdiyini bildirdi.

 

Xəyal Məmmədəliyev

Rəy yaz

Rəyinizi yazın
Adınızı daxil edin