Facebook Messenger Rooms xidməti ötən gün Azərbaycanda da təqdim olundu.
Xidmətdən istifadə etmək üçün yeni tətbiq yükləməyə ehtiyac yoxdu. Hətta Facebook tətbiqi olmasa belə dostunuzun dəvəti ilə (link ilə) servisdən istifadə edə bilərsiniz.
Zoom’un rəqibi kimi sərgilənən xidmət, ödənişsiz olaraq 50 nəfərədək insanı bir otaqda qəbul edə bilər. Həmçinin təhlükəsizlik barədə də servis, Zoom’dan daha təhlükəsiz olduğunu iddia edir.
Necə istifadə edək?
Əgər smartfonunuzun Facebook tətbiqi ən son versiyasını dəstəkləyirsə demək bu xidmət gec tez sizə də gələcək. Xidmət sizə gəlibsə demək əsas səhifənizdə “Rooms” adlı bir düymə də artıq var. Əgər yoxdursa Messenger’ə daxil olaraq aşağıda iki düymədən biri olan “People” düyməsinə keçid edirsiniz və elə yuxarıda “Creat a Room” bölməsini görürsünüz.
Daxil olduqda mütləq sizdən bir nəfər dostunuzu yaxud kənardan kimisə link vasitəsiylə dəvət etməyi tələb edir. Dostunuzu dəvət edirsiniz və görüşünüzü başlayırsınız.
Bir nüansı da qeyd edək ki, bu “Room”u öz Facebook profilinizdə də paylaşa bilərsiniz.
Xidmətdən istifadə tam pulsuzdur.
Tariyel Ağazadə

Rəy yaz

Rəyinizi yazın
Adınızı daxil edin