Facebook’un Zoom’un əsas rəqibi olaraq təqdim etdiyi Meseenger Rooms artıq 3 ölkədə, ABŞ, Meksika və Kanadada istifadəyə verildi. Bunu öz rəsmi Facebook hesabında elə həmin platformanın təsisçisi və CEO’su Mark Zukerberg də bildirib.

Artıq yeni proqramı “Microsoft Store” (Windows) və “Mac App Store” (macOS) proqram mağazalarından yükləmək olar. Kompüterlər üçün nəzərdə tutulmuş “Messenger” proqramı heç bir məhdudiyyət olmadan yüksək keyfiyyətli səsli və video formatda ünsiyyət qurmağa, faylları paylaşmağa və bildirişləri tənzimləməyə imkan verir.

“Messenger”in masaüstü və mobil versiyaları arasında yazışma avtomatik sinxronlaşdırılır. Həmçinin “gecə rejimi” və animasiyalı GIF fayllar dəstəklənir.

Kompüter üçün versiya xidmətə olan yüksək tələbata cavab olaraq istifadəyə verilib. “Facebook”un nümayəndəsi bildirib ki, son ayda “Messenger”in veb versiyasında səsli və videozənglərin sayında 100%-lik artım müşahidə edilib.

Həmçinin bildirilir ki, platforma Azərbaycan və digər ölkələrdə gələn həftədən istifadəyə veriləcək.

Tariyel Ağazadə

Rəy yaz

Rəyinizi yazın
Adınızı daxil edin