Facebook sosial şəbəkəsi məşhur Gif platfroması olan GIPHY’ni satıl aldı. Bu məlumatı sosial şəbəkənin rəsmi saytında qeyd olunub. Axious dərgisinin verdiyi məlumata görə isə müqavilənin dəyəri $400 000 000 təşkil edib.

Dərginin verdiyi məlumata görə iki şirkət arasında əməkdaşlıq pandemiyadan əvvəl başlamışdır ancaq satın almaqla bağlı heç bir məlumat yox idi. Platforma öz brendini saxlayacaq və ilkin başda Instagram’la inteqrasiya edəcək. Adi istifadəçilər üçün isə hər şey eyni qalacaq.

GIPHY platforması 2013-cü ildə New-York’da yaranıb və buna kimi $150 milyon investisiya qaldırıb. Son məlumatlara isə platforma $600 milyon dəyərində qiymətləndirilirdi.

Tariyel Ağazadə

Rəy yaz

Rəyinizi yazın
Adınızı daxil edin