Dünyada yayılan pandemiya ənənəvi bizneslərin bağlanmasına səbəb olsa da, digital sektorda canlanma yaratmaqda davam edir. Son trendlərə nəzər salsaq görərik ki, son 2 ayda bazara yeni daxil olmuş startaplar əsasən insanların boş vaxtlarını səmərəli keçirtməkləri üçün xidmətlər təklif edirlər.

Bu gün Sizə bu startaplardan biri olan Studio aplikasiyası haqqında danışacayıq. Türkiyə mərkəzli olan Studio proqramından istifadə etməklə istifadəçilər Mindfulness, diyeta, idman, psixoloji, gözəllik, baxım və ana-uşaq haqqında öyrədici canlı dərslərdən faydalana bilərlər. Studio kontentləri özü hazırlamır aplikasiya öz sahəsində peşəkar olan şəxslərlə müştəriləri bir araya gətirən vasitəçi rolu oynayır. Bununla da öyrədici dərs vermək istəyən şəxslərə aplikasiyada hesab açıb öz videolarını yükləməklə qazanc əldə etməyi təklif edir ancaq ilk öncə yükləmiş olduğunuz dərsin idarəedciilər tərəfindən təsdiq alması lazımdı. Onu da qeyd edək ki, Erhan Ali Yılmaz ve Nilay Aydoğan tərəfindən quruluna startap Türkiyədə keçirilmiş Coronathon Türkiye hackathon yarışının qalib ideyalarında biridir. Böyük bazar potensiyalı olan Studio 2 aya yaxın bir müddətdə fəaliyyətə başlamasına baxmayaraq artıq 300-dən çox canlı seminar təşkil etməklə minlərlə insana xidmət göstərib. Quruculardan biri olan Erhan Ali Yılmazın verdiyi acıqlamalardan birini Sizə təqdim edirik: Studio aplikasiyasının məqsədi hansı səbəblə olursa olsun evdə olan bir insanın real bir yaşam uzmanına rahatlıqla əlaqə qura bilməsidir. Əksəriyyətimiz idmana yazılsaq da davamlı getmirik. Bəzən tıxac bəzən də havadan asılı olaraq. Buna görə də aplikasiyanın məqsədi evdən çıxmadan real canlı dərsi evə gətirməkdir. Aplikasiya 1-1 görüşmə ilə yanaşı 100 nəfərə qədər insana eyni vaxtda dərs keçməyə şərait yaradır. Aplikasiyanın geniş imkanları istifadəçilərə üzlərini göstrəməyə, danışmağa imkan yaradır ki, bu da ənənəvi sinif otağından fərq yaratmır. Studionun bu sektorda ‘Game-changer’ olduğunu nəzərə alsaq,yaxın vaxtlarda ölkəmizdə də ona rəqib olmaq istəyən startaplar görəcəyimizə inanırıq.

Şahin Məmmədov

Rəy yaz

Rəyinizi yazın
Adınızı daxil edin