SOCAR AQS tələbələr üçün Enerji Hakatonu layihəsinə start verir. Dayanıqlı cəmiyyət, qlobal enerji problemlərinin həllinə həsr olunan layihə zamanı müxtəlif universitetlərin tələbələri yarışacaq.

7-9 fevral tarixlərində “INNOLAND” İnkubasiya və Akselerasiya Mərkəzinin dəstəyi ilə keçiriləcək Enerji Hakatonunda iştirakçı komandalar spesifik enerji problemi ilə bağlı yaradıcı həllər və prototiplər irəli sürəcək. 48 saat ərzində təklif edilən ideyalar münsiflər heyəti tərəfindən qiymətləndiriləcək.

Qalib olacaq 3 komanda 14-16 fevral tarixlərində Texas A&M Universitetinin təşkil etdiyi “Planet üçün yarat” 2020 (Invent for the Planet 2020) yarışmasının virtual mərhələsində iştirak edəcək.

Virtual yarışmanın qalibi olacaq bir komanda “Planet üçün yarat” 2020 (Invent for the Planet 2020) yarışmasının 30 mart – 2 aprel tarixlərində ABŞ-ın Texas ştatında keçiriləcək final mərhələsində ölkəmizi təmsil etmək hüququ qazanacaq. Müsabiqədə iştirak etmək üçün bütün xərclər qarşılanacaq.

Yarışmanın nəticəsi olaraq innovativ ideyalar daha sonra startap kimi inkişaf etdirilə, böyük uğurların başlanğıcı ola bilər.

Rəy yaz

Rəyinizi yazın
Adınızı daxil edin