2017-ci ildə Android’in qurucularından biri olan Endy Rubin “Essential Phone” adı altında smartfon istehsalına başladı və elə bir il sonra satışların az olduğundan model satışdan çıxarıldı. Bir il sonra, 2019-cu ildə “Project GEM” konsepti təqdim edildi ancaq seriya istehsalından hələ də xəbər yox idi. Və budur Endy Rubin “Essential Products” şirktətinin rəsmi olaraq iflas etdiyini və bağlanacağını bildirdi. Bu haqda məlumatı şirkət öz bloqundan bildirib.
Qeyd edək ki, “Essential Products” Silikon Vadisinin ən prespektivli startaplardan biri sayılırdı və milyonlarla dollar investisiya cəlb edərək 1 milyard dəyərləndirməni keçmişdi.

Rəy yaz

Rəyinizi yazın
Adınızı daxil edin