CNBC-nin verdiyi məlumata görə Elon’un SpaceX şirkəri $250 mln investisiyaya ehtiyacı olduğunu bildirib. İnvestisiyanın qaldırılacağı halda şirkət $36 mlrd dəyərləndirmə əldə edəcək və bu da son dəyərləndirmədən $2.5 mlrd çoxdur.
2019-cu il ərzində şirkət müxtəlif raundlarla $1.33 mlrd pul qaldırıb. Ümumilikdə isə SpaceX $3 mlrd maliyyə cəlb edib və bu məbləğin böyük olmağı o qədər də qəribə deyil. Təsəvvür edin ki, bir Falcon 9 roketinin test uçuşu üçün lazım olan məbləğ milyonlardır. Buna kimi şirkət onlarla dəfə Falcon 9 roketini havaya qaldırıb.
Ancaq Musk’ın şirkəti bununla kifayətlənmir və böyük miqdarda pul qazanmağa davam edir. Bunu ən son NASA ilə imzalanmış $3.1 mlrd-lıq müqavilədən də görmək olar.
Hal-hazırda şirkət Falcon 9 və Falcon Heavy roketlərini əvəz edəcək “Starship” roketi üzərində çalışır və əsas maliyyə məhz ora gedir.

Tariyel Ağazadə

Rəy yaz

Rəyinizi yazın
Adınızı daxil edin