Startap təsisçilərinin hələ də gözardı etdikləri vacib məqamlardan biri də “pitch”lərdir.

İnvestorlara, müştərilərə, yarışmada jurilərə edilən pitch’lər… bu siyahını davam elətdirə bilərik. Bəs ümumiyyətlə “pitch” nə üçündür? Bir startapın ilkin mərhələsində nə kimi rol oynayır?

Pitch sahibkarın, təsisçinin professional həyatının başlanğıcıdır. Bir neçə dəqiqə, hətta bir neçə saniyə ərzində bir sahibkar investorları inandırmalıdır ki, onların startapına kapital qoymağa dəyər, amma təsisçilər çox vaxt “auditoriya qarşısında danışa bilmərəm”,“investorları xoşlamıram, çox gərgin bir mühit yaradırlar”, “mən orda 60 saniyəyə nə deyə bilərəm ki?” kimi fikirlərlə başlayırlar.

Çox vaxt itirmədən inandırıcı “pitch” hazırlamaq yollarına keçək.

1.Auditoriyanız

Həmişə bu hissədən başlayın,çünki tamaşaçılarınızı bilmədən, həqiqətən yaddaqalan bir çıxış edə bilməzsiniz. Müştərilərinizin niyə məhsullarınızı istifadə etməli olduqları barədə “pitching” edirsiniz və ya startapınızın necə unikal olacağına dair investorları inandırırsınız. Müştəriləriniz işlərində uğurlu olmaq istəyirlər, onların vahid büdcələri və məhsul tələbləri var. Məhsulun necə işlədiyini investorlardan daha çox bilməlidirlər. İnvestorlar da əgər VC-lərsə, investorları və özləri üçün pul qazanmağa çalışırlar. İnnovativ texnologiya ilə fərqlənmiş məhsul və nəhəng bir bazarda genişlənə biləcək bir komanda olmaq üçün onlara ehtiyacınız var.

Auditoriyanızı dəqiq müəyyənləşdirdiyinizə əmin olmaq üçün özünüzə iki sual verin:

  • Mən onlar üçün kiməm və onların mövqeyindən çıxış edirəmmi?
  • Məqsədləri nədir və mən məhsulumla o məqsədə çata biləcəmmi?

2.Pitch’in ardıcıllığı

Heç vaxt birinci prezetasiyanın dizaynı ilə başlamayın, çünki əgər bir çıxış ardıcıllığı yoxdursa elə vaxtın 80%-i buna gedəcək.

3.Sadə startap pitch hazırlayın.

Onsuz da həm müştərilər, həm də investorlar sualla dolu olur, ona görə çıxışınız maksimum dərəcədə aydın və sürətli olmalıdır.Və məhsulla necə gəlir əldə olunmağı ətraflı əhatə olunmalıdır.

4.Pitchin vaxtını idarə edin.

Çıxış vaxtı layihədən aslı olaraq dəyişə bilir. Pitch’in vaxtını slayda uyğun, ancaq əsas məqamların üstündə qalmaqla bölməlisiniz ki, heç bir hissənin üstündən keçmək məcburiyyətində qalmayasınız.

5.Startapın hekayəsini danışın.

Startapı təqdim edəndə, əlbəttə, rəqəmlərdən, faktlardan, qrafiklərdən çox danışırıq, amma bəzən bu investorlara çox da maraqlı gəlmir. Bu anda fürsətdən istifadə edib işinizin arxasında qalan hekayəni danışa bilərsiniz. Bu startapa başlamaqda sizi nə motivasiya etdi?, Problemlərdən necə üzüağ çıxdınız? Bunlar investorlara daha cəlbedici gələcək və rəqəmlərdən daha çox yaddaqalan bu hissə olacaq.

6.Startap məhsulunuzun və ya xidmətinizin unikal dəyərini çatdırın.

İnvestorların əsas bilmək istədiyi məhsulunuzun və ya xidmətinizin bazarda mövcud olan hər şeydən fərqli olduğunu görməkdir. Məhsulunuzla olan hər hansı alış sifarişi, sövdələşmə iddialarınızı dəstəkləməkdə kömək olacaqdır.

  1. Potensial investorların məhsulunuzu yoxlamasına icazə verin.

Məhsulunuzun fərqli xüsusiyyətlərini investorlara göstərməyin başqa bir effektiv yolu, məhsulu görməli və ilk dəfə təcrübə etmələridir. Bununla siz müştəri inamını da qazanmış olacaqsınız.

  1. Güclü bir komanda yaradın.

İnvestorları inandırmağın bir yolu da necə güclü, departamentlərə uyğun iş görən komandanın olduğunu göstərməkdir.

  1. Hər bir suala hazır olun.

Unutmayın ki, auditoriyadan hər cür sual gələ bilər maliyyə proqnozlarınızdan tutmuş, marketinq strategiyanıza və ya komandanızda iş bölgüsünə. İnvestorlara öz işinizə necə hakim olduğunuzu göstərin.

10.Peşəkar şəkildə geyinin.

Tamamilə ədalətli olmaya bilər, ancaq özünüzü necə təqdim etdiyiniz investorların startapınızı necə qəbul etdiyinə təsir edəcəkdir. Ən yaxşı hazırlanmış təqdimatı, səliqəsiz, uyğun olmayan bir kostyumla məhv edə bilərsiniz.

  1. Təqdimatınızı möhtəşəm etmək üçün peşəkar dəstəyi alın.

Özünüz çox yaxşı mütəxəssis ola bilərsiniz,amma bu möhtəşəm “pitch” -ə sahib olacağınız mənasına gəlmir. Məsələn, bir qrafik dizayner təqdimatı hazırlamaqda, lap dərinə getsək, uyğun rəngləri tapmaqda sizə kömək edəcək.

Çıxışın sonunda investorlar işinizin,nə olduğunu, maliyyəsinin nə olduğunu və bir sahibkar kimi kim olduğunuzu tam başa düşməlidirlər. İndi etməli olduğunuz tək şey dərin bir nəfəs alıb “pitch”ə hazırlaşmaqdır.

Rəy yaz

Rəyinizi yazın
Adınızı daxil edin