Startap sürətli böyüməyə foksulanan bir şirkətdir. Hər birimizin startap üçün fərqli fikri ola bilər, bəzilərimiz deyə bilər ki, texnologiyayla işləyir, ya da maliyələşmə yoluyla yaranıb, amma ən dəqiq olanı onun inkişaf meyilli olmasıdır.
Həmişə səhv etdiyimiz bir şey hər yeni açılan biznesi biz startap adlandırırıq. Gün ərzində dünya üzərində nə qədər kiçik bizneslər olur restoranlardan tutmuş, gözəllik salonlarına qədər, amma bunlardan ancaq qeyri-adi olanları startap sayılır, startap qurucuları isə bizim üçün çox adi olan problem görüb ona həll yolu tapanlardır.
Əgər biz bütün şirkətləri eyni götürsək onların uğurlarını, cəhdlərini eyni hesablasaq, “az uğurlu”, “çox uğurlu” deyə ifadələr işlətmiş olarıq. Əlbəttə, bu faktdır ki, startapların DNA-sı digər bizneslərdən fərqlidir. Məsələn, Google çox uğurlu olan bir gözəllik salonu deyil, o başlanğıcından bəri digərlərindən fərqlidir.
Öncəliklə bir şirkəti çox insan istəməlidir, ona tələbi olmalıdır, sonra isə şirkət daha çox kütləyə xidmət edib əlçatan olmalıdır. Məsələn, gözəllik salonu çox insan tərəfindən istənilir, amma onlar saçlarını kəsdirmək üçün uzaq məsafə getməyəcəklər, nə də getsələr belə salon onları qonaqlaya bilməyəcək, amma “software” yazmaq böyük problemləri həll edə bilir, məsələn azərbaycanlı birinə ispan dilini öyrətmək kimi. İnsanların tam olaraq belə fikir və ideyalara ehtiyacı var idi, onların problemlərini görüb həll edən. Məhz buna görə biz bunu startap adlandıra bilirik.
Bəs startapla texnologiyanın əlaqəsi necədir? Startap nəsə bir şey etmək üçün yeni yollar sözün əsl mənasında yeni texnologiya yaradır.
İndi isə əsas sual startapın böyümə dərəcəsi necə ölçülür? Uğurlu startapın inkişafı 3 mərhələn ibarətdir.
1) Başlanğıcda yavaş böyüməkdə olub nə etdiyini anlamağa çalışacaq.
2) Kütləyə necə çatmağı öyrəndikdən sonra sürətli inkişaf mərhələsindən keçəcək.
3) Nəticədə uğurlu startap böyük bir şirkətə çevriləcəkdir. Böyümə yavaşlayacaq, qismən daxili və xidmət etdiyi bazarın məhdudiyyətlərinə qarşı özünü yüksəldəcək.
Siz startap kimi böyüyürsünüz, amma onu rəqəmlər olmadan hesablamaq çox absurd yanaşma ola bilər. Əlbəttə sübut olunmuş bir faizlər də vardır ki, uğur göstəricisi kimi qeyd etmək olar. Əgər siz də startapınızın uğur yolunu müəyyən etmək istəyirsinizsə bu datalardan istifadə edib, nəticələrini bizimlə də bölüşün.

 

Rəy yaz

Rəyinizi yazın
Adınızı daxil edin