Artıq illərdir ki, əksər smartfon istehsalçıları innovasiya kimi bizə yalnız əlavə və daha çox meqapikselli kameraları təqdim edirlər. Son illərdə isə şirkətlər kameraya lazım olandan da çox diqqət edirlər və bu da sanki həmin şirkətlər arasında yarışmaya dönüb. Bəs yaxşı bu smartfonlar arasında əslində ən yaxşı kameraya kim malikdir?

Müstəqil araşdırma platforması DXOMARK, 2020-ci il mart ayının sonuna ən güclü kameraya malik smartfonların reytinqini təqdim edib. Sıralamanın ilk yerində 128 balla bir neçə gün əvvəl təqdim olunmuş Huawei P40 Pro’dur. Onun ardınca 124 balla Oppo Find X2 Pro, üçüncü yerdə isə 124 balla Xiaomi Mi 10 Pro smartfonu dayanır.

Ümumilikdə TOP-10 smartfonların sıralaması isə belədir:

1. Huawei P40 Pro – 128 bal

2. Oppo Find X2 Pro – 124 bal

3. Xiaomi Mi 10 Pro – 124 bal

4. Huawei Mate 30 Pro 5G – 123 bal

5. Honor V30 Pro – 122 bal

6. Huawei Mate 30 Pro – 121 bal

7. Xiaomi Mi CC9 Pro Premium Edition – 121 bal

8. Apple iPhone 11 Pro Max – 117 bal

9. Samsung Galaxy Note 10+ 5G – 117 bal

10. Samsung Galaxy Note 10+ – 117 bal

Mənbə DXOMARK.

Rəy yaz

Rəyinizi yazın
Adınızı daxil edin