COVID19 pandemiyası səbəbindən fiziki satışların azaldığı, onlayn satışların isə arttığı günləri yaşayırıq. Onlayn internet mağazası olmayan müəssisələr, işlərini davam etdirmək üçün ən sürətli şəkildə satışlarını sosial media və veb saytları üzərindən həyata keçirməyə istiqamətlənirlər. Pul dövriyyəsinin çətin olduğu bu  vaxtda insanları elektron ticarət nou-hau və büdcə ehtiyaclarını qarşılamağa məcbur edir.

Türkiyə və Azərbaycanda fiziki şəxslərin və təşkilatların asanlıqla ödəmə almasına xidmət verən Paym.es bu müddətdə, panel və müəssisəniz üçün xüsusi olaraq təşkil edə biləcəyiniz eticarət səhifəsini Azərbaycandan sistemə daxil olacaq istifadəçilərinə pulsuz olaraq təqdim edir.

Paymes Store eticarət səhifəsi, veb saytı olmayan və məhsullarını / xidmətlərini asanlıqla təqdim etmək və ödənişlər almaq istəyən müəssisələr üçün nəzərdə tutulmuşdur. Ölçü, stok (anbar) kimi yeni funksiyaların əlavə olunmasına ehtiyac duymadan və heç bir əlavə büdcə tələb etmədən, e-ticarətinizi birbaşa Paym.es Store eticarət səhifəsi ilə başlaya bilərsiniz.

Azərbaycandakı korporativ istifadəçilər Paymes Paneli üzərindən məhsul / xidmət ödənişlərini link, sms, e-poçt vasitəsilə ala bilər. Paneldə bütün kargo, satış, müştəri izləmə proseslərini nəzərdə saxlaya və panelə istədiyiniz qədər işçinizi əlavə edə bilərsiniz.

Əlavə olaraq, Paymes Panelin sabit QR funksiyası sayəsində fiziki müəssisələrinizdə də heç bir təmas olmadan ödəniş ala bilərsiniz.

Tezliklə ərəb ölkələrində fəaliyyətə başlayacaq şirkət yerli qanunlara və tələblərə  uyğun məhsul və xidmət növlərini  ölkə üzrə təklif edir. Şirkətin təsisçilərindən Həsən Cabbarov, Covid günlərinin sona çatmasından sonra fiziki şəxslər üçün də, Türkiyədə təqdim etdikləri WhatsApp üzərindən ödəmə həllini Azərbaycana gətirmək, bu məhsula Azərbaycan bazarında da üstünlük verilməsini təmin etmək istədiklərini deyir.

Bu müddətdə şirkət olaraq həm Azərbaycanda, həm Türkiyədə böyüdüklərini və bu böyüməni gəlirə çevirmək yerinə istifadəçilərinə verdikləri xidməti inkişaf etdirməkdə istifadə etdiklərini deyən Cabbarov, Azərbaycanda ödəmə xidmətlərinin inkişafı və yaşanan böhranı müştərilərinin ən az zərərlə, hətta gəlirlə keçirməsi üçün əllərindən gələni edəcəklərini vurğulayır.

Rəy yaz

Rəyinizi yazın
Adınızı daxil edin