Çinin Wuhan şəhərində ortaya çıxan Coronavirus ölümlərə yol açmaqla yanaşı dünya iqtisadiyyatına da çox böyük zərər verir. Sosial yaşamda da birbaşa əngəl yaradan virus, insanların küçələrə çıxışında maneələr yaradır. Digər yandan Çinin bir çox şəhərlərində küçəyə çıxma qadağası elan edilməklə bərabər xəstəliyə qarşı tədbirlər də ən üst səviyyəyə çıxarılıb.

Küçələrin sanki ölü şəhəri xatırlatdığı ölkədə, alver üçün marketlərə belə iki gündə bir gedilir. Hal belə olduqda istehsalçılar bundan birbaşa təsirlənirlər. Ağıllı telefon sektorunun lider markalarının bir-biri ilə baş-başa rəqabət apardığı uzaq şərq bazarlarında satışların ciddi şəkildə düşdüyü ifadə edilərkən, bu düşüşdəki ən böyük payın Çində olduğu söylənilir.

Bu ana qədər Çində ağıllı telefon satışlarının 45%-ə qədəd azaldığı düşünülür. Apple, Huawei, Xiaomi və Samsung kimi hegemonların yarışdığı Çin bazarında ən çox zərər görən şirkətin elə ən çox çatış edən Huawei olduğu təxmin edilir. Bütün bunlara səbəb olaraq isə coronavirus çərçivəsində alınan tədbirlər göstərilir.

Çin hökümətinin küçəyə çıxma qadağası, karantinaya almaq, səyahətlərin dayandırılması kimi qərarların düşüşlərdə xeyli pay sahibi olduğu düşünülsə də, əslində, bu düşüşdə əsas səbəb insanların şəxsi seçimlərdir. Ayrıca şirkətlərin müəssisələrini bağlmasa da lazım olan istehsalın edilməsini əngəlləyir.

Coronavirus bir çox ölkədə görüldüyü kimi Azərbaycana da gəlib çatıb.

Rəy yaz

Rəyinizi yazın
Adınızı daxil edin