Onlayn mağazalar internet üzərindən sifarişləri stimullaşdırmaq üçün öz saytlarında müxtəlif növ endirimlər, kuponlar, cashback, hədiyyə kartları və digər müxtəlif növ həllərdən istifadə edirlər. Qeyd olunmuş həllərdən ən populyarı cashback xidmətidir ki, bu yolla vətəndaşlar onlayn alışlarından ödədikləri məbləğlərin bir hissəsini geri qazana bilərlər. Təəssüflər olsun ki, bu metod Rusiya, Türkiyə və ABŞ kimi ölkələrdə populyar olsa da, Azərbaycanda mövcud deyildi. Xarici cashback xidmtələrdən yararlanmaq istəyən şəxslərin isə üzləşdiyi ən əsas problem, toplanmış vəsaitin nağdlaşdırılması idi ki, bunu da Azərbaycan vətəndaşının istifadə edə bilmədiyi xarici ödəmə platformaları və onlayn cüzdanları ilə mümkünlüyü idi. Məhz buna görə də, vətəndaşlar xarici cashback xidmətlərdən istifadə edə bilmədiklərindən, hər il milyonlarla vəsait geri qaytarılmırdı.

Onlayn alış-verişlər günümüzdə adi bir hala çevrilib və internetdən alış-veriş edən hər kəs, Bon.az layihəsinin köməyi ilə ödədiyi məbləğin 70%-ə qədərini geri ala bilər. Bon.az Türkiyə, ABŞ, Avropa, Çin və Rusiyadan olan minlərlə internet mağaza ilə əməkdaşlıq edərək öz üzvlərinə cashback ilə yanaşı, xüsusi endirim kuponları və promo aksiyalar ilə təmin edir.

Bon.az layihəsi məhz bu problemi həll etmək üçün yaradılmış, Azərbaycanın ilk onlayn cashback platformasıdır. Layihənin həll etməyə çalışdığı məsələ həm onlayn alış-verişdən ödənilmiş pulun bir hissəini geri qaytarmağə təmin etmək, həm də toplanmış vəsaitləri yerli ödəmə metodlarının köməyi ilə vətəndaşlara əlçatan etməkdir.

Hazırda Bon.az saytında Türkiyə, ABŞ, Avropa, Çin, Rusiya və digər ölkələrdən pulunuzu geri qaytara biləcəyiniz iki yüzdən çox internet mağaza var və artmaqda davam edir. Mağazalar siyahısında ölkə vətəndaşları arasında məşhur olan Trendyol, Morhipo, Aliexpress, Gearbest, iHerb, GAP, Guess və digər saytlar vasitəsilə, müxtəlif kateqoriyalardan; geyim, elektronika, kosmetik və sağlamlıq vasitələri, aviabilet, hotel, kitab, musiqi və digər məhsulları alarkən 70%-dək cashback qazanmaq mümkündür. Bu siyahı üzərində dayanmadan əlavələr edilir və çox sayda xarici onlayn mağazalarla yanaşı, həm də yerli onlayn mağazaların inteqrasiyası nəzərdə tutulmuşdur.

İnternetdən alış-veriş edərkən ödənilmiş pulun bir hissəsinin geri qaytarılması üçün ilk növbədə www.bon.az saytıda qeydiyyatdan keçərək, hesab açmaq, alış-veriş etmək istədiyiniz mağazanı seçərək, Aktivləşdir düyməsi vasitəsilə həmin mağazaya keçid etmək lazımdır ki, bundan sonra həmin mağazadan edilən ödənişdən cashback hesabınıza qaytarılacaq. 

Bon.az üzvlərinin daha rahat cashback qazanmaları üçün, Chrome əsaslı brauzerlər üçün nəzərdə tutulmuş brauzer əlavəsini (link: https://chrome.google.com/webstore/detail/bonaz-extension/bkbmmfojgeeglghdifaobelninffapbm)  də istifadəyə verib. Chrome, Opera, Microsoft Edge və Yandex kimi brauzerlərə quraşdırılan brauzer əlavəsi vasitəsilə, istifadəçi partnyor internet mağazaya daxil olduqda, cashback funskiyası aktivləşdirilir və uğurlu sifariş nəticəsində mağazanın təyin etdiyi faiz miqdarına əsasən pulu geri qaytarılması həyata keçirilir.

Bon.az üzvləri internet alış-verişdən toplanmış vəsaitləri Portmanat vasitəsilə Visa və Mastercardlı bank kartları, mobil operatorların hesablarına və kütləvi ödənişlərə yönləndirə bilərlər. Bununla yanaşı gələcəkdə toplanmış vəsaitləri xeyriyyə, miles və digər metodlarla da nağdlaşdırmaq üzərində işlər aparılır.

Rəy yaz

Rəyinizi yazın
Adınızı daxil edin