Missiya üzvləri bazar ertəsi günü son uçuş hazırlığını tamamladıqdan sonra SpaceX, iki NASA astronavtını Beynəlxalq Kosmik Stansiyaya (ISS) göndərməyə hazırdır. Bu günə tarixi an deyilməsinin səbəbi, dünyada ilk dəfə özəl şirkətin kosmosa adam göndərməsidir.

Astronavt Douglas Hurley və Bob Behnken Florida ştatındakı Kennedi Kosmik Mərkəzinin qalxış meydançasından çıxaraq, SpaceX Falcon 9 raketi ilə uçacaqlar.

Administrator Jim Bridenstine çərşənbə axşamı mediaya danışarkən: “Kennedi Kosmik Mərkəzində olmaq çox xoşdur. Biz bir daha Amerika astronavtlarını Amerika torpaqlarından Amerika raketləri ilə uçurduruq. Və bu an böyük bir məqamdır. Bu fürsətə imza atdığımızdan 9 il keçir” dedi.

SpaceX insanları orbitə çıxaran ilk özəl şirkət olacaq

Bir il əvvəl, SpaceX, Dragon ekipaj kapsulunun ilk sınaq uçuşunu uğurla həyata keçirərək, kapsulu, kosmik stansiyaya göndərdi.

Geri qaytarılan kapsul Cape Canaveral-da yerüstü sınaqlar zamanı təsadüfən məhv edildi, bu da astronavtların uçuşunu təxirə saldı.

SpaceX, Falcon 9 raketlərindən istifadə edərək 2012-ci ildən bəri şirkətin Dragon kapsullarında kosmik stansiyaya yük göndərmək üçün istifadə edirdi.

İndi isə, bu axşam, Dragon kapsulu ilə Beynəlxalq Kosmik Stansiyaya iki astronavt göndəriləcək.

Qalxış anını canlı yayımda izləmək üçün aşağıdakı bu linkdən xatırlatıcı qoşa bilərsiniz.

 

Xəyal Məmmədəliyev

Rəy yaz

Rəyinizi yazın
Adınızı daxil edin