22 iyun tarixində, yəni bu gün növbəti Apple Worldwide Developers Conference 2020 tədbiri ilk dəfə olaraq onlayn baş tutacaq. Tədbir, Special Event Keynote hissəsiylə start götürəcək.

Tədbir Bakı vaxtı ilə bu gün axşam saat 21:00-da baş tutacaq və Special Event Keynote hissəsiylə başlayacaq.

Bəs tədbiri haradan izləyə bilərik?

Apple WWDC 2020 tədbiri Apple’ın rəsmi Youtube kanalında canlı yayımlanacaq. Həmin canlını buradan izləyə bilərsiniz.

Tədbir zamanı iOS 14, watchOS 7 və digər əməliyat sistemlərinin yenilənməsi, kopyuter seriyasının yenilənməsi və Mac cihazlarının ARM prosessorlarına keçidi gözlənilir.

Qeyd edək ki, ən son yeniliklər həmçinin Apple’ın rəsmi saytında və paralel olaraq bizim sayt sosial media hesablarımızda yayımlanacaq.

 

Tariyel Ağazadə

Rəy yaz

Rəyinizi yazın
Adınızı daxil edin