Bloomberg’in verdiyi məlumata əsasən 24-27 fevral tarixlərində Barselonada keçiriləcək Mobile World Congress 2020 sərgisi təxirə salındı.

Təşkilatçılar səbəb olaraq izləyici və jurnalistləri təhlükəyə atmaq istəmədiklərini bildiriblər və səbəb olaraq Koronavirusu göstəriblər.

Bundan əvvəl tədbirdə iştirakdan Sony, Nvidia, Amazon, ZTE, LG, Intel, Vivo, TCL və HMD Global (Nokia) şirkətləri imtina etmişdilər. Hətta Ericsson AB şirkəti gələnlərin təhlükəsizliyini təmin edə bilməyəcəyini və tədbirdə iştirakdan imtina etdiyini bildirib.

Hal-hazırda Koronavirusdan ölənlərin sayı 1113, xəstəliyə yoluxanların sayı isə 44 653 nəfərdir.

Tariyel Ağazadə

Rəy yaz

Rəyinizi yazın
Adınızı daxil edin