31 yanvar – 2 fevral tarixlərinlərində eyni anda 860 fərqli məkan və 113 ölkədə keçiriləcək Global Game Jam Azərbaycanda da baş tutacaq. Tədbirin əsas məqsədi Azərbaycandakı oyun qurucuları cəmiyyətini yaradaraq inkişaf etdirmək və dünyayla birləşdirməkdir.

48 saat davam edəcək hakatonda iştrakçılar tərəfindən eyni mövzuya aid fərqli oyunlar hazırlanacaq. Müsabiqə mövzusu bütün dünyada eyni vaxtda elan olunacaq. Bütün iştirakçılar dəyərli hədiyyələr və sərhədsiz təcrübə əldə edəcəklər.

Tədbirin əsas tərəfdaşları Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi, SUP.VC və Nextstep Innovasiya Mərkəzidir.

Media tərəfdaş – Techland.az

Hər bir iştirakçımız qalibdir. İştirak edin, siz də qazanın.

İştirak ödənişsizdir və qeydiyyatladır: https://bit.ly/388PlKM

Rəy yaz

Rəyinizi yazın
Adınızı daxil edin